Bakıdakı Rus Evində “TeamWorkProject” layihəsinin seminarı keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
Bakıdakı Rus Evində (RİMM) “TeamWorkProject” layihəsinin seminarı keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirin spikerləri - blogerlər, psixologiya, sosial layihələrin idarə olunması və fitnes sahəsində ekspertlər Gülnar Baxşəliyeva, Lalə Bəşirli, Gülüş Baxşəliyeva, Tərlan Abbasova və Səmra Xəlibəyova olublar.
Qeyd edək ki, “TeamWorkProject” - gənclərin müasir trendlərin öyrənilməsi, yeni layihələrin həyata keçirilməsinə kömək edilməsi və tanışlığın qurulmasına istiqamətlənən platformadır.