Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bakı, 25 dekabr, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edir:
1. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
4. "20 Yanvar" dairəsində;
5. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" dairəsi istiqamətində;
7. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
8. Koroğlu Rəhimov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
9. Mikayıl Müşfiq küçəsi, 20 saylı məktəb istiqamətində;
10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
11. Ziya Bünyadov prospekti, "20 Yanvar" metro stansiyası istiqamətində;
12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.