BAKININ “İNTER” KOMANDASI AVROPA LİQASININ NÖVBƏTİ MƏRHƏLƏSINƏ ÇIXA BİLMƏMİŞDİR
Bakı, 9 iyul (AZƏRTAC). Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsi çərçivəsində Bakının “İnter” və Slovakiyanın “Spartak” komandaları arasında cavab görüşü keçirilmişdir. Xatırladaq ki, Slovakiyada keçirilən birinci görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.
Növbəti mərhələyə çıxmaq üçün Bakı futbolçuları görüşü udmalı idilər. Oyun meydan sahiblərinin hücumu ilə başlanmışdır. Futbolçularımız “Spartak”ın qapısında bir neçə təhlükəli məqam yaratmışlar. Oyunun 12-ci dəqiqəsində “İnter”in oyunçusu Qutyeres hesabı açmışdır. Lakin sonra futbolçularımız oyunun sürətini azaltmışlar. Birinci hissənin sonunda slovaklar qapıdan iki top keçirmişlər. İkinci hissənin 49-cu dəqiqəsində “Spartak” “İnter”in qapısına daha bir qol vurmuşdur. Görüş 3:1 hesabı ilə Slovakiya komandasının xeyrinə başa çatmışdır.
Beləliklə, “İnter” Avropa Liqası yarışlarının növbəti mərhələsinə çıxa bilməmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]