BAKININ “İNTER” KOMANDASI ÖLKƏ ÇEMPİONATINDA ÜÇÜNCÜ PİLLƏYƏ YÜKSƏLDİ
AZƏRTAC xəbər verir ki, ölkə futbol çempionatının 16-cı turunun son üç oyunu keçirilmişdir. “Neftçi” səfərdə “Qəbələ”ni 3:2 hesabı ilə məğlub etmişdir. “Neftçi” yalnız son dəqiqələrdə qələbə topunu vurmuşdur. “Xəzər- Lənkəran” isə gözlənilmədən səfərdə “Qarabağ”a 2:0 hesabı ilə uduzaraq 4-cü pilləyə enmişdir. “Turan” isə öz meydanında “Simurq”a 1:2 hesabı ilə məğlub olmuşdur.
İkinci dövrədə bütün oyunlarını qələbə ilə başa vuraraq uğurlu oyunlar silsiləsini davam etdirən Bakının “İnter” komandası isə üçüncü yerə yüksəlmişdir. Xatırladaq ki, son turda “İnter” “Bakı”nın qapısından bir cavabsız top keçirərək, xal hesabını 34-ə çatdırmışdı.
Bu turun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınmışdı: “Masallı-“Standard” - 1:1, “ABN-Bərdə”-“Karvan” - 2:0, “Gənclərbirliyi”-“Olimpik” - 0:1,
Bu turdan sonra “Olimpik” əvvəlki kimi 40 xalla turnir cədvəlinə başçılıq edir. “Neftçi 36 xalla ikinci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]