Bakının “Neftçi” komandası ölkə çempionudur
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də futbol üzrə Unibank Premyer Liqasının sonuncu - 32-ci turu çərçivəsində növbəti oyunlar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Şüvəlan qəsəbəsindəki “AZAL” stadionunda Bakının AZAL klubu Ağdamın “Qarabağ” komandasını qəbul etmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən oyun AZAL-ın 3:1 hesablı qələbəsi ilə başa çatmışdır. Hakim Fariz Yusifovun idarə etdiyi oyunda qolları AZAL-ın heyətində Mensur Limani, Mirko Bunyevçeviç, Enya Krastovçev rəqib komandadan isə George Adamiya vurmuşlar.
Turun digər oyunu Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” (Bakı) və “Xəzər-Lənkəran” komandaları arasında keçirilmişdir. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatmışdır. “Neftçi”nin heyətində Cavid İmamverdiyev, rəqib klubdan isə Julius Vobay fərqlənmişlər.
Unibank Premyer Liqasının 29-cu turundan çempionluğu təmin edən “Neftçi” turnir cədvəlində 67 xalla birinci olmuşdur.
Oyun başa çatdıqdan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi”nin kapitanı Rail Məlikova çempionluq kubokunu təqdim etmişdir.
Altıncı dəfə ölkə çempionu olan “Neftçi”nin qalibiyyəti münasibətilə atəşfəşanlıq olmuşdur.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:51]
Futbol üzrə Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]

