Bakının “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarında növbəti oyununu keçirib
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də Bakının “Telekom” klubu qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində İtaliyanın “Modena” komandasını qəbul edib.
Görüş İtaliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabındakı xalların sayını 11-ə çatdıran “Modena” turnir cədvəlində liderliyini davam etdirir. Digər İtaliya təmsilçisi “Konelyano” 6 xalla ikinci, Polşanın “Ximik” komandası isə 4 xalla üçüncü pillədə qərarlaşıb. Hesabında xal olmayan “Telekom” isə növbəti mərhələyə adlamaq şansını itirib.