“Baku Fires” boks komandası WSB liqasında növbəti görüşünü keçirib
Bakı, 5 mart, AZƏRTAC
Ölkəmizi Dünya Boks Seriyası (WSB) liqasında təmsil edən “Baku Fires” komandası növbəti görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Boks Mərkəzində ötən mövsümün qalibi “Astana Arlans”la qarşılaşıb. Görüşün startı komandamız üçün uğurlu olmayıb. Qonaqlar ilk iki döyüşdə qələbə qazanıblar. Sonra boksçumuz Tamerlan Abdullayev fərqi azaltsa da, yenidən “Astana Arlans”ın üzvü Nurdaulet Jarmanov döyüşdə üstün olub. Bununla da, Qazaxıstan təmsilçisi son görüşün nəticəsindən asılı olmayaraq qələbəsini rəsmiləşdirib. Beşinci görüşdə boksçumuz Arslanbek Mahmudovun rəqibini məğlub etməsi təsəlliverici xarakter daşıyıb.
Beləliklə, görüş “Astana Arlans”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın bu dəfə uduzmasına baxmayaraq, turnir cədvəlində mövqeyi dəyişməyib. Dörd görüşdən yeddi xal toplayan “Baku Fires” yenə ikincidir. Təmsilçimizlə eyni sayda rinqə çıxan “Uzbek Tigers” (Özbəkistan) 10 xalla qrupa başçılıq edir. Üç qarşılaşmadan altı xal toplayan “Astana Arlans” üçüncü və aktivində üç xal olan “Puerto Riko Hurricanes” sonuncu pillədə yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]