“BAKUBUİLD - 2005” 11-Cİ BEYNƏLXALQ İNŞAAT SƏRGİSİ BAŞA ÇATMIŞDIR
Azərbaycanın inşaat bazarında çoxdan fəaliyyət göstərən “FAB” boya və kimya sənayesi şirkəti hazırda Ağdamda salınan qaçqın şəhərciyindəki 200-dən çox evin tikintisində iştirak edir. Müəssisə sərgidə “Evrika” Azərbaycan-Gürcüstan birgə müəssisəsindən, “İçərişəhər” MMC-dən maraqlı təkliflər almışdır.
İsveçrənin “Kronopol” şirkətinin ölkəmizdəki təmsilçisi “Rotor LLC”nin direktoru Elçin Musayev bildirmişdir ki, müəssisə sərgidə artıq 4-cü dəfə iştirak edir. Ekspozisiyada nümayiş olunan laminat parketlər, divar panelləri yerli tikinti şirkətlərinin, habelə fərdi ustaların diqqətini cəlb etmişdir.
Azərbaycanın “METAKA” ticarət və istehsal şirkətinin satış üzrə meneceri Ruslan Səlimovun sözlərinə görə, müəssisə 1997-ci ildən fəaliyyət göstərir. Polipropilen borular, polimer-qumlu kirəmit, polad dirsəklər istehsalı üzrə ixtisaslaşan şirkət artıq “Azəriqaz” SC, Bakı Şəhər Baş İstehsalat Qaz İdarəsi ilə işgüzar əlaqələr yaratmışdır.
Sərgidə Qazaxıstan və Gürcüstan tikinti firmaları ilə uzunmüddətli müqavilələr bağlanması üçün razılaşma əldə edilmişdir.