Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərə ilk layihəsini təqdim edib
Balakən, 2 mart, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin yeni fəaliyyətə başlayan Balakən nümayəndəliyi gənclərə ilk layihəsini təqdim edib. Martın 2-də Mərkəzdə “Cinema Club” fəaliyyətə başlayıb.
Mərkəzin direktoru Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclər Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmini böyük maraqla seyr ediblər. Onlara, həmçinin filmin yaradıcı heyəti haqqında məlumat verilib.
Direktorun sözlərinə görə, Mərkəz gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq üçün maraqlı layihələr həyata keçirməyi qarşıya məqsəd qoyub.