Balakəndə zəlzələdən zərər çəkmiş ailələrə yardım göstərilir
Balakən, 19 oktyabr (AZƏRTAC). Balakən rayonunda oktyabrın 13-14-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.
Rayon fövqəladə hallar komissiyasının sədri Azad Balayev AZƏRTAC-a bildirmişdir ki, indiyədək komissiyaya yerlərdən 2500-ə yaxın müraciət daxil olmuşdur. Zəlzələdən zərər çəkmiş ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) 7 işçi qrupu araşdırma aparır. Evləri zərər görmüş ailələrin yerləşdirilməsi üçün indiyədək əhaliyə 110 çadır paylanılmışdır. Zərurət yaranarsa, ailələrə əlavə çadırlar veriləcəkdir.
Təbii fəlakətdən zərər çəkmiş evlərin təmiri üçün FHN tərəfindən rayona tikinti materiallarından ibarət yardım gətirilmişdir. Buraya 12 min ədəd şifer, 40 min metr tamasa (reyka), 2 min ədəd faner taxta, 1500 ədəd böyük ölçülü sintetik örtük daxildir. Hazırda yardım zərər çəkmiş ailələrə paylanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]