Balakənin zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrində monitorinqlər aparılır
Balakən, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 13-14-də Balakən rayonunda baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evlərinə və sosial obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) işçi qrupları və rayon fövqəladə hallar komissiyası tərəfindən zərər çəkmiş ərazilərdə monitorinqlər davam etdirilir.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirmişlər ki, işçi qrupları tərəfindən indiyədək 1100-dən artıq fərdi yaşayış evinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, yeraltı təkanlar nəticəsində 19 fərdi ev uçmuş, 378 ev isə yaşayış üçün təhlükəli vəziyyətə düşmüşdür. Bundan əlavə, zəlzələ nəticəsində 55 sosial obyekt müxtəlif dərəcədə zədələnmişdir.
Zəlzələdən zərər çəkmiş ailələrin yerləşdirilməsi üçün FHN tərəfindən rayona 300 ədəd çadır dəsti gətirilmişdir. Balakən şəhərində və kəndlərdə ilkin olaraq 50 çadırın qurulması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]