BALAXANI POLİQONUNDA TULLANTI GƏTİRƏN MAŞINLARIN AVTOMATİK YUMA VƏ DEZİNFEKSİYASI MƏNTƏQƏSİ İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Bakı, 19 sentyabr (AZƏRTAC). Cari ilin sonuna qədər Balaxanı poliqonunda tullantı gətirən maşınların avtomatik yuma və dezinfeksiyası məntəqəsi istifadəyə veriləcəkdir.
Bu haqda AZƏRTAC-a “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov məlumat vermişdir. Onun sözlərinə görə, əsas problemlərdən biri odur ki paytaxtda 2000 qeyri-rəsmi poliqon vardır. Bu isə ətraf mühitin çirklənməsinə səbəb olur. Bununla mübarizə üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə işçi qrup yaradılmışdır. Bu poliqonlarda reydlər keçirilir, oraya tullantı gətirənlər maarifləndirilir.
Z. İbrahimov məlumat vermişdir ki, tullantıların müasir standartlara uyğun zərərsizləşdirilməsi üçün Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodu tikilir. Zavodun 2012-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Tullantıların yandırılması prosesi nəticəsində əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 mln KVt saat enerjiyə bərabər olacaqdır. Zavod yerli və Avropa ekoloji standartlarına cavab verəcəkdir. Belə ki, yanma məhsulu olan qaz tüstüsü xüsusi filtrlərlə tutulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]