Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bamsı Beyrək”dən “Koroğlu”ya qədər – Türk dünyasının bölünməz dastan zənciri

“Bamsı Beyrək”dən “Koroğlu”ya qədər – Türk dünyasının bölünməz dastan zənciri

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 17 dekabr, Günel Alıyeva, AZƏRTAC

“Kitabi-Dədə Qorqud”, “Alpamış” və “Koroğlu” kimi möhtəşəm eposlar ortaq türk epik ənənəsinin müxtəlif coğrafiyalarda yaranmış, lakin eyni dünyagörüşü və mənəvi kodları daşıyan parlaq nümunələridir. “Alpamış” dastanı özbək, qazax, qaraqalpaq, tacik, başqırd, tatar və s. arasında geniş yayılmış qəhrəmanlıq dastanı və nağılıdır. “Alpamış” dastanının əsasən dörd variantı vardır: Kunqrat (özbək, qaraqalpaq, qazax), Oğuz (“Bamsı Beyrək”), Altay (“Alıp-Manaş” ), qıpçaq (başqırd, qazax, tatar variantları) daxildir. Variantlar arasındakı mövcud fərq dastanın yaranma, formalaşma vaxtı və yeri ilə bağlıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Məhəmməd Məmmədov bildirib.

Onun sözlərinə görə, Oğuz variantı “Bamsı Beyrək”də türk tarixinin əski çağları ilə səsləşən motivlər onu “Alpamış”ın qalan variantlarından fərqləndirir. “Qam Börənin oğlu Bamsı Beyrək boyu” ilə “Alpamış” eposu arasında süjet oxşarlığı mübahisəsizdir. Hər iki abidədə hətta qəhrəmanların taleyi də bir-birinə bənzəyir. Onun sözlərinə görə, “Kitabi-Dədə Qorqud”un “Baybörənin oğlu Bamsı Beyrək” boyu ilə “Alpamış” dastanı arasında bir sıra mühüm bənzərliklər mövcuddur. Hər iki eposda “Ər arvadının toyunda” və ya “Nişanlının öz nişanlısının toyunda” motivi əsas süjet xəttinə çevrilir: Həm “Alpamış”da, həm də “Bamsı Beyrək” boyunda qəhrəmanlar möcüzəli şəkildə, dua və uzun övlad həsrətindən sonra dünyaya gəlir, göbəkkəsmə nişanlısı ilə evlənmək üçün ağır sınaqlardan keçir, xəyanət nəticəsində əsir düşürlər. Alpamış yeddi il, Bamsı Beyrək isə on altı il zindanda qalır, bu müddət ərzində onlar “ölü” sayılır, bu yanlış xəbər sevdiklərinə dərin kədər yaşadır. Hər iki dastanda həm Banıçiçək, həm də Barçın ərə verilmə xəbərini qəhrəmanlara çatdırır, qəhrəman düşmən qızının köməyi ilə zindandan qurtulur, sadiq, “tülpar” xarakterli atlarının belində vətənə dönür, cilddəyişmə motivi fonunda öz yurduna tanınmaz halda qayıdır; əvvəlcə bacısı, çobanlar, yaxud yaxın adamları onları tanımasa da, müəyyən işarələr – Alpamışın çiyinlərindəki “Şahı Mərdanın beş barmaq nişanı” kimi detallar həqiqəti üzə çıxarır. Bamsı Beyrək də, Alpamış da öz sevdiklərinin toyuna tanınmaz halda gəlir, oxatma yarışında iştirak edir, sevgililərinə eyhamla öz gəlişlərini bildirir və sonda aşiq ilə məşuqənin qovuşması ilə süjet tamamlanır. Nəhayət həm əsirlikdən, həm də ayrılıqdan doğan faciə xoş sonluqla bitir. Beyrəyin atasının adı kimi Alpamışın da atasının adı Baybörədir. Bamsı-Alpamış (Alıp-Manaş), Banıçiçək-Barçın adlarında da oxşarlıq var.

Məhəmməd Məmmədov qeyd edib ki, “Alpamış” ilə “Koroğlu” dastanlarının ortaq cəhətləri də türk epik düşüncəsinin bütövlüyünü aydın göstərir. Hər iki əsərin mərkəzində fiziki gücü, cəsarəti, mübarizlik ruhu ilə seçilən xalq qəhrəmanı dayanır: Alpamış öz elini, tayfasını qoruyan igiddirsə, Koroğlu zülmə, yadellilərə qarşı mübarizə aparan, zalım xan və bəylərə, ədalətsiz hakimiyyətə qarşı çıxan xalq qəhrəmanıdır. Hər iki obraz xalqın azadlıq, ədalət, güc və mərdlik ideallarını təcəssüm etdirir. Dastanlarda at kultu ayrıca önəm daşıyır: Alpamışın Bayçıbarı əvvəl zəif və xallı görünsə də, sonradan həqiqi “tülpar”, qanadlı qəhrəman atına çevrilir; Koroğlunun Qıratı isə fövqəladə gücə malik, sahibini bir baxışdan anlayan, döyüşlərin taleyini dəyişən varlıq kimi təqdim olunur.

Alim vurğulayıb ki, ailə və sevgi motivləri də hər iki dastanda qəhrəmanların mənəvi ucalığını ön plana çıxarır: Alpamış Baysarının qızı Barçın uğrunda, Koroğlu isə xotkar qızı Nigar naminə mübarizə aparır. Onlar təkcə döyüş meydanında deyil, mənəvi seçimlərində də sədaqət, mərdlik və insanpərvərlik nümunəsi göstərirlər. Alpamış da, Koroğlu da zülm altında əziyyət çəkən kasıbların, kimsəsizlərin müdafiəçisi, cəmiyyətdə ədaləti bərpa etməyə çalışan xilaskar obrazlar kimi qavranılır. Aşıq-baxşı ənənəsi ilə yüzillər boyu saz, qopuz və ya dütarın müşayiətilə ağızdan-ağıza keçən bu dastanlar zamanla müxtəlif variantlarda yaşadılaraq, türk xalqlarının ortaq yaddaşını formalaşdırıb. Koroğlu həm cəngavər, həm də sazda ustalıqla ifa edən sənətkar-aşıq kimi təqdim olunur; Alpamış isə fiziki gücü ilə yanaşı, yüksək əxlaq və xalq hikmətinin daşıyıcısı kimi yadda qalır. Bu bənzərliklər “Kitabi-Dədə Qorqud”, “Alpamış” və “Koroğlu”nun eyni epik ənənənin müxtəlif qollarını təşkil etdiyini, ortaq türk mədəniyyət məkanının ayrılmaz parçası olduğunu bir daha sübut edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur