“Bank of Georgia” separatçı Ruben Vardanyanın bankını alır
Tbilisi, 19 fevral, AZƏRTAC
“Bank of Georgia” (BoG) Ermənistanın ən böyük banklarından biri olan və əvvəllər separatçı Ruben Vardanyan tərəfindən idarə edilən “Ameriabank”ın səhmlərinin 100 faizini alır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bank of Georgia”nın saytında məlumat yerləşdirilib. Əməliyyatın dəyəri 303,6 milyon dollardır. Razılaşma bitdikdən sonra BoG Ermənistan bankının adını dəyişməyi planlaşdırır.
Qeyd edək ki, vaxtilə Qarabağda separatçı rejimin “dövlət naziri” olmuş Ruben Vardanyan hazırda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılır. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]