Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bank sektorunda fundamental inkişaf strategiyaları realizasiya edilib - Şərh

Bank sektorunda fundamental inkişaf strategiyaları realizasiya edilib -  Şərh

Bakı, 6 iyul, AZƏRTAC

Ötən il Azərbaycan özünün maliyyə sabitliyi siyasətini pandemiyanın təsiri ilə dünya iqtisadiyyatında resessiya, əhəmiyyətli qlobal risklərin artması, dünya maliyyə və əmtəə bazarlarında qeyri-sabitlik, əlavə olaraq regionda siyasi gərginliklərin artması şəraitində həyata keçirib. Makroiqtisadi siyasət sabitliyin qorunması şəraitində inflyasiyanın optimal səviyyədə saxlanılması, manatın məzənnəsinin sabitliyi, bank-maliyyə sektorunda inkişafın və dayanıqlığın möhkəmləndirilməsi kimi hədəflərin həyata keçirilməsinə yönəlib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibovun mövzu ilə bağlı şərhini təqdim edir.

Bank sektorunda makroiqtisadi inkişaf trendləri

Qarşıda duran əsas məqsəd və vəzifələrə uyğun olaraq, daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanmış, effektiv tənzimləmə, şəffaf korporativ idarəetmə və güclü infrastruktur elementləri ilə əhatə olunub, yüksək inkişaf potensialına malik maliyyə-bank sisteminin formalaşdırılması istiqamətində davamlı tədbirlər icra edilib. Bunun nəticəsidir ki, son 10 ildə ölkənin strateji valyuta ehtiyatları 2 dəfəyədək artaraq 49,1 milyard ABŞ dollarına çatıb. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 6,4 milyard dollar təşkil edib. Ötən dövr ərzində həyata keçirilən tədbirlər nəticəsində makroiqtisadi sabitlik bərpa edilib, maliyyə-bank sisteminin dayanıqlığının artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub, ümumi iqtisadi artımın ressesiv zonadan çıxması fonunda bank sektorunda müşahidə olunan sabitləşmə meyilləri mötədil iqtisadi aktivliklə əvəzlənib.

Pandemiyanın təsiri ilə 2020-ci ilin birinci yarısında bank sektorunda müşahidə olunan dalğalanmalar ilin ikinci yarısından etibarən stabil qalıb, kredit portfeli, bank sisteminin cəmi aktivləri, xalis mənfəəti və kapitalı neqativ dalandan kənarlaşıb. Bank sektorunun aktivləri 2021-ci il ilin aprel ayında 32,7 milyard manat səviyyəsində stabil olaraq qalıb ki, bu da 2016-cı illə müqayisədə 1,3 milyard manat və ya 4,3 faizlik artım deməkdir. Digər mühüm bir göstərici kimi isə 2016-cı ildə bank sektorunun xalis zərəri 1,6 milyard manat təşkil etdiyi halda, 2020-ci ilin yekunları üzrə 567,8 milyon manat xalis mənfəət əldə edildiyini qeyd edə bilərik. 2020-ci ilin nəticələrinə əsasən maliyyə dərinliyi əmsalı olan cəmi aktivlərin qeyri-neft ÜDM-ə nisbəti 63 faiz təşkil edib. Ötən müddət ərzində bank sektorunda başlayan canlanma işçi sayında da öz əksini tapıb. Belə ki, 2021-ci ilin aprel ayına olan rəsmi statistikaya əsasən 2016-cı ilin sonu ilə müqayisədə bank sektorunda işçi sayı 11 faiz artıb (18,893-16,947) ki, bu da sektorda əhəmiyyətli canlanmanın baş verdiyini göstərir.

Bank sisteminin maliyyə göstəricilərinin təhlili də ötən müddət ərzində banklarda dayanıqlılıq göstəricilərinin artdığını göstərir. Aktivlər və kapital üzrə gəlirlilik əmsalları da son 1 il ərzində müsbət rəqəmlərlə ifadə olunub. Azərbaycan Banklar Assosiasiyasının müvafiq məlumatlarının təhlili onu göstərir ki, sektorda 2016-cı ildə zərərlə işləyən banklar sektorun 50 faizini təşkil edirdisə (16 bank), 2021-ci ilin ilk rübünün nəticələrinə əsasən bu göstərici cəmi 8 faiz (2 bank) olub.

2020-ci ildə ölkədə ayrı-ayrı maliyyə institutlarının sağlamlaşdırılması və fəaliyyətinin tənzimlənməsi məqsədilə mikroprudensial siyasət çərçivəsində 4 bankın fəaliyyətinə xitam verilib. İcra olunmuş tədbirlər və qəbul olunmuş normativ-hüquqi sənədlər maliyyə sektorunun sabitliyini artırmaqla bərabər, yerli maliyyə institutlarının da güclənməsi və bazar inamının artmasına şərait yaradıb. Bununla belə, cari dövr ərzində əldə olunmuş nailiyyətlərə baxmayaraq, bank sektorunun ölkənin iqtisadi inkişaf strategiyasına uyğunlaşdırılması üçün gələcək inkişaf strategiyalarının da realizasiyası arzuolunan hesab olunur.

Kredit ekosisteminin sağlamlaşdırılması

Kredit portfellərinin əsas keyfiyyət göstəricilərindən hesab olunan qeyri-işlək kreditlərin xüsusi çəkisi (QİK əmsalı) 2021-ci ilin ilk 4 ayının göstəricilərinə əsasən 6,1 faizə enib. Qeyd edək ki, bu göstərici Azərbaycanda bu sahədə 2015-ci ilin neft böhranından sonra qeydə alınmış ən pozitiv göstəricidir. Əslində bu göstəricinin özü sektorun sağlamlaşdırılmasının əsas siqnallarından olmaqla yanaşı, bank sisteminin kredit portfellərinin risk yükü və ümumi kredit faizlərinin azalmasına da müsbət təsir edən amillərdəndir. Bu göstərici, həmçinin 2017-ci ilin “neqativ bumu” ilə müqayisədə (QİK əmsalı 15,5 faiz) 2,5 dəfə azalma deməkdir ki, bunun da azalması öz növbəsində bank sisteminin kredit xərclərinin azaldılması və nəticədə aşağı kredit faizlərinin formalaşması və daha sağlam kredit hesabatlığı mədəniyyətinin formalaşmasına müsbət təsir edəcək. Onu da qeyd edək ki, qeyri-işlək kredit portfelinin son illər davamlı olaraq azalması Azərbaycanı bu sahədə Şərqi Avropa və MDB məkanında müvafiq istiqamətdə ən uğurlu nəticələrə nail olan ölkələrdən birinə çevirib. Əlbəttə, biz bu göstəricilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli və davamlı strateji fəaliyyətlərin nəticəsi olaraq nail oluruq.

Azərbaycanda bank sisteminin formalaşmış potensialı və ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, qarşıdakı illərdə bu sahədə daha da müsbət irəliləyişlərə nail olmaq imkanları çağırışlarla müşayiət olunsa belə, kifayət qədər genişdir. Eyni zamanda, sektorun stabilliyi baxımından xüsusi əhəmiyyətə malik məsələlərdən biri kimi uzunmüddətli kreditləşmə meyillərinin artmasını qeyd edə bilərik. Uzunmüddətli kreditləşmənin ümumi portfeldə xüsusi çəkisi 2021- ci ilin ilk 4 ayının nəticələrinə əsasən 82,5 faizə çatıb. Müqayisə üçün qeyd edək ki, müvafiq göstərici 2015-ci ildə 75,6 faiz, 2005-ci ildə isə cəmi 36 faiz təşkil edib. Pandemiyanın mənfi nəticələrinə baxmayaraq, bu istiqamətdə mənfi tendensiya qeydə alınmayıb. Bu göstəricinin artması özlüyündə sektora inamın yüksəlməsi və müştəri-bank münasibətlərində keyfiyyətcə və məzmunca daha dayanıqlı münasibətlərin qurulmasının nəticəsidir. Ötən müddət ərzində kredit portfellərində dedollarizasiya prosesləri də müşahidə olunub, manatla verilmiş kreditlərin ümumi portfeldə xüsusi çəkisi 2020-ci ildə 2019-cu illə müqayisədə 4,9 faiz artmaqla 70,2 faizə çatıb. 2021-ci ilin ilk 4 ayının nəticələri də bu istiqamətdə müsbət trendlərin müşahidə olunduğunu göstərir və müvafiq göstərici ilin əvvəlindən 2,1 faiz artmaqla 72,3 faizə çatıb.

Depozit ekosisteminin inkişaf trendləri

Məlum olduğu kimi, 2015-ci il dünya neft böhranından sonrakı proseslərin iterativ davamı olaraq, hüquqi şəxslərin depozitləri 2017-ci ildə 19 milyard, fiziki şəxslərin əmanətləri isə 6,8 milyard manatadək azalıb. Bu ilin aprel ayında isə banklarda yerləşdirilmiş depozitlərin həcmi 22,4 milyard manat ətrafında stabilləşmə nümayiş etdirib, fiziki şəxslərin əmanətlərinin həcmi isə 8,3 milyard manat olub. 2001-ci illə müqayisədə hüquqi şəxslərin depozitləri 58 dəfə, fiziki şəxslərin əmanətləri isə 71 dəfə artıb. Bu iki göstəricinin artması, həm iqtisadi inkişafın elementləri, həm də bank sektoruna inamın müsbətə doğru dəyişməsinin inikasiyası hesab oluna bilər. Onu da qeyd edək ki, həm hüquqi şəxslərin depozitləri, həm də fiziki şəxslərin əmanətləri üzrə 2020-ci ildə qeydə alınmış cüzi azalma lisenziyası ləğv olunmuş banklarla bağlı olub və bu volatillik sistem əhəmiyyətli risk hesab edilmir.

Son illərdə müşahidə olunmaqda olan əmanətlərin və depozit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. Depozitlərin tərkibində manatın xüsusi çəkisi 46,5 faizə çatıb ki, bu da xarici valyuta risklərinin kritiklik səviyyəsini zərərsizləşdirən vacib amillərdən hesab olunur. Müvafiq göstərici 2015-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir və məlumat üçün bildirək ki, bu göstərici 2015-ci ilin dekabr ayında 15,3 faizə qədər azalıb. Depozitlərin dedollarizasiyası üzrə 2020-ci ildə 4,9 faiz, bu ilin ilk 4 ayında isə 2,9 faizlik artım qeydə alınıb.

Müddətli depozitlərin xüsusi çəkisi 39,7 faiz təşkil edib. Bu göstəricinin daha yüksək olması əlbəttə ki, bank sektoruna inamın daha yüksək olmasına xidmət edərdi, lakin indiki halda, tələb olunan depozitlərin çəkisinin artması investisiya fəallığının yaratdığı likvidliyə tələblə də izah oluna bilər. Eyni zamanda təsadüfi deyildir ki, uzunmüddətli kreditlərin xüsusi çəkisi artmaqdadır. Bu zaman nəzərə alınmalı yeganə məqam banklar tərəfindən risklərin düzgün hesablanması, mitiqasiya alətlərinin işləkliyi, kredit və depozitlərin müddətləri arasındakı fərqliliyin hər hansı sistematik bank riskinə çevrilməsinə imkan verilməməsidir.

İnfrastrukturun inkişafı üzrə realizasiya olunmuş islahatlar

Azərbaycan bank sisteminin davamlı fəaliyyəti üçün Milli ödəniş sistemi, Hökumət ödəniş portalı, Mərkəzi kredit reyestri, Banklararası kart mərkəzinin fəaliyyəti təmin edilib. Ölkədə ilk dəfə xüsusi blokçeyn platforması tətbiq edilməklə Rəqəmsal İdentifikasiya Sistemi real istismara verilib. Bu layihənin inkişafı bank sistemində məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması ilə bərabər, sektorda inam mühitinin formalaşmasında çox mühüm rol oynayacaq.

Ötən müddət ərzində aparılmış islahat tədbirləri çərçivəsində kredit faizlərinin aşağı salınması, sağlam kredit ekosisteminin qurulması məqsədilə qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən 3 vacib mexanizmin tətbiqi və Kredit bürosu, Daşınar əmlakın yüklülüyü reyestri, İpoteka və Kredit Zəmanəti Fondunun fəaliyyətinə nail olunub. Ötən dövr ərzində sığorta sektorunda da institusional islahatlar həyata keçirilib, İcbari Sığorta Bürosu, Aqrar Sığorta Fondu, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC kimi institusional qurumların fəaliyyəti təmin edilib.

Son dövrlər bank sistemində atılmış ən mühüm islahat tədbirləri kimi Ani Ödənişlər Sisteminin (AÖS) istismara verilməsini də qeyd edə bilərik. Belə ki, AÖS-ün istismara verilməsi, monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində icra edilmiş tədbirlərdən biridir. AÖS-ün istismara verilməsi nəticəsində QR (Quick Response) kod funksionallığının tətbiqi və internet və mobil bankçılıq xidmətləri vasitəsilə əhali üçün qeydiyyat, hesablararası köçürmə və ödəniş funksionallıqlarının istifadəyə təqdim edilməsi təmin olunub. Gözləntilərimiz ondan ibarətdir ki, AÖS üzrə yaradılan imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, nağdsız cəmiyyətin formalaşdırılmasına yeni təkan verəcək.

Bank sistemində yaradılmış digər mühüm bir yenilik isə kreditləşmə prosesləri üçün avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin tətbiqinə imkan verəcək və beynəlxalq metodologiyalara əsaslanan yeni kredit skorinqinin tətbiq olunmasıdır. Bu sistemin tətbiqi isə, əgər banklar tərəfindən müvafiq qaydada istifadə olunarsa, anderraytinq proseslərinin avtomatlaşdırılması, kreditləşmə proseslərinin bank əməliyyatları termini ilə ifadə etsək “anında” aparılmasına imkan yaradacaqdır. Ən vacib məqam ondan ibarətdir ki bu mexanizmlərin tətbiqi elə bir inkişaf layihələridir ki, bank xidmətlərindən istifadə edən hər bir kəs ödəniş və kredit ekosistemləri üzrə xidmətlərin keyfiyyətinin artmasını öz həyatında birbaşa hiss edəcək.

Pandemiyanın təsirləri ilə mübarizə

2020-ci ildə pandemiyanın bankların kapital dayanıqlığına mənfi təsirlərinin azaldılması məqsədilə prudensial çərçivə nisbətən yumşaldılmış, requlyativ nəzarət prosesləri üzrə güzəştlər verilib, kredit ekspansiyasına şərait yaradılması, rəqəmsallaşmanın təşviqi üzrə tədbirləri əhatə edən dəstək proqramı qəbul edilib. Müvafiq proqrama əsasən kreditlər restruktrizasiya edilərkən kreditlərin keyfiyyətinin pisləşdirilməsinə yol verilməməsi, nisbətən “yumşaq prudensial çərçivə”yə keçid, kapitalın adekvatlığı indikatorları üzrə banklara 5 əsas istiqamətdə mühüm dəstək, maliyyə əlçatanlığı və ya kredit hesabatlılıq sistemləri üzrə dəstək və rəqəmsallaşma istiqamətində geniş miqyaslı dəstək tədbirləri icra edilib. Buna müvafiq olaraq, bank sistemi də yeni şəraitə uyğun fəaliyyətini qura bilib.

Yeni inkişaf perspektivləri

Maliyyə-bank sisteminin makroiqtisadi inkişafa müsbət təsirlərinin artırılması məqsədilə bu xidmətlər və real sektorun münasibətləri üzrə korporativ idarəetməyə dair strateji çərçivənin formalaşması məqsədəuyğun hesab oluna bilər. Bu baxımdan dünyada mövcud olan əsas üç modelin (Anqlo-Amerikan, Almaniya və Yaponiya korporativ modeli) nəzərdən keçirilməsi yetərli hesab edilə bilər.

Eyni zamanda, ölkə bankları “inkişaf bankı” statusuna keçərlərsə biznesin bütün səviyyələrində (biznes planların tərtibi, xarici tərəfdaşların tapılması, bazarlara giriş, marketinq və sair) gəlir əldə etməklə faiz gəlirlərindən asılılığı azalda bilərlər. Bu, həm də real sektorun inkişafına müsbət təsir göstərərdi. Azərbaycanda islam maliyyəsinin inkişafı da xarici investisiyaların (xüsusən də, Körfəz ölkələrindən) cəlbi üçün əlavə təkan ola bilər. Hazırda dünyanın nəhəng bankları hesab edilən “HSBC”, “Citi Bank”, “Lloyds TSD” (UK), “Deutsche Bank”, “UBS”, “Royal Bank of Scotland” banklarında “İslam pəncərələri” (Islamic window) çərçivəsində müştərilərə xidmət strukturu yaradılıb. İslam maliyyə institutları real sektorda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi, həmçinin kiçik və orta sahibkarlığın maliyyə əldə etmək imkanı üçün yaxşı platforma hesab edilir ki, bu da artım və iqtisadi inkişafa dəstək olur.

Beləliklə, ötən illərin statistik göstəriciləri Azərbaycan bank sektorunun önəmli inkişaf yolu keçdiyini göstərir. Eyni zamanda, pandemiyanın yaratdığı yeni paradiqmalar bütün dünya ölkələri üçün rəqəmsal transformasiya istiqamətində daha sürətlə irəliləyən, əsaslı baza bank xidmətlərinə malik, proqressiv inkişaf texnologiyalarını ölkəyə transfer edə biləcək bank sistemi dizayn etməyin nə qədər mühüm əhəmiyyətə malik olduğunu göstərib.

Yekun olaraq qeyd edək ki, Dünya Bankının “Doing Business 2020” hesabatına əsasən kredit alınması indikatoruna görə Azərbaycan 190 ölkə arasında ən yüksək nəticə əldə edərək birinci yerə yüksəlib. Bu isə, ölkəmizin bütün sahələrdə olduğu kimi, maliyyə-bank sektorunda da ən yaxşı nəticələr əldə etməyə müfəssəl və kifayət qədər inkişaf potensialına malik ölkə olduğunu göstərir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub