Banqladeşdə müvəqqəti hökumətin formalaşdırıldığı elan edilib
Bakı, 6 avqust, AZƏRTAC
Banqladeş Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Vaker-Uz-Zaman Baş nazir Şeyx Hasinanın istefasından sonra bütün partiyalarin təmsil olunduğu müvəqqəti hökumətin formalaşdırıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.
“Müvəqqəti hökumətin formalaşdırılması qərarı bütün siyasi partiyalarla müzakirələrdən sonra qəbul edilib. Nazirlər Kabinetinin fəaliyyəti və ölkədəki vəziyyətin normallaşdırılması üzrə tədbirlərlə bağlı ölkə Prezidenti Şahabuddin Çuppu ilə məsləhətləşmələr aparılır”, - deyə Vaker-Uz-Zaman xalqa müraciətində bildirib. Onun sözlərinə görə, bundan sonra ölkə ilə bağlı bütün qərarlar ordu tərəfindən veriləcək.
Ölkədəki zorakılıqlara son qoyulmasına çağıran Baş qərargah rəisi, həmçinin müvəqqəti administrasiyanın etirazlar zamanı baş verən bütün ölüm hallarının araşdırılmasında ədaləti təmin edəcəyinə vəd verib.
Bir müddət öncə, Banqladeş Prezidenti Şahabuddin Çuppu ölkə sakinlərinə televiziya ilə müraciət edib. O, eyni zamanda 2018-ci ildə rüşvət ittihamı ilə həbs olunan, lakin bir ildən sonra səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya köçürülən müxalif millətçi partiyanın sədri Bequm Xaledu Ziyanın dərhal həbsdən azad edilməsi barədə göstəriş verib.
Qeyd edək ki, iyulun əvvəlində Banqladeşdə kütləvi etirazlar başlayıb. Əvvəlcə dinc xarakterli aksiyalar sonradan 350-dən çox insanın ölümü ilə nəticələnən iğtişaşlara çevrilib. Hüquq-mühafizə orqanları hadisələrlə əlaqədar minlərlə fəalı həbs edib.
Bazar günü tələbə hərəkatının hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra paytaxt Dəkkədə və bütün ölkə ərazisində etiraz və nümayişlərin yeni dalğası başlayıb. Şeyx Hasina iğtişaşlar fonunda istefa verərək paytaxt Dəkkədəki rəsmi iqamətgahını tərk edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [04:32]
ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb
- 16.10.2026 [02:22]
ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb
- 16.10.2026 [01:11]
Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir
- 16.10.2026 [00:53]
Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb
- 16.10.2026 [00:06]
La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]