Banqladeşdə polislə toqquşmalar nəticəsində 11 nəfər həlak olub
Bakı, 29 mart, AZƏRTAC
Ötən bazar günü Banqladeşdə polis və təhlükəsizlik qüvvələri ilə etiraz aksiyalarının iştirakçıları arasında toqquşmalar nəticəsində azı 11 nəfər həlak olub, 10 nəfər yaralanıb.
AZƏRTAC “Times of India” qəzetinə istinadla xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modinin Banqladeşin müstəqilliyinin 50 illiyinin qeyd edildiyi 26 mart tarixində Dəkkə şəhərinə ziyarətinə qarşı müsəlman təşkilatları kütləvi etiraz aksiyaları keçirib. Onlar Narendra Modi administrasiyasını ölkənin müsəlman əhalisinin diskriminasiya olunmasında ittiham edirlər.
Ən şiddətli toqquşmalar Dəkkə şəhərində baş verib. Burada “Hefazat-e-İslam” qruplaşmasının üzvləri dövlət müəssisələrinə, induist məbədlərinə hücum edib və polisi daşa basıblar. Təhlükəsizlik qüvvələri isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Hazırda Dəkkə şəhərində vəziyyət gərgin olaraq qalır. Hakimiyyət və polis orqanları yeni iğtişaşların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]