BAŞ BEYİN İNTERNET KİMİ İŞLƏYİR
Bakı, 11 avqust (AZƏRTAC). ABŞ alimləri müəyyən etmişlər ki, baş beyin İnternet kimi işləyir. AZƏRTAC xəbər verir ki, Bi-Bi-Si radiosunun yaydığı xəbərə görə, Cənubi Kaliforniya Universitetinin alimləri bu qərara gəlmişlər.
İndiyədək belə hesab olunurdu ki, beyində hər sahə konkret funksiyaya cavabdehdir və hər iki yarımkürədəki iki əsas mərkəzə tabe olur. Siçovulların baş beyini üzərində aparılan tədqiqatlar göstərmişdir ki, beyinin fəaliyyəti daha mürəkkəbdir və bir neçə sahəni eyni vaxtda əhatə edir. Tədqiqat işinin rəhbəri, professor Lari Svenson demişdir: “Beyin daha çox İnterneti xatırladır. Beyində də, İnternetdəki kimi, məsələ bütün şəbəkə vasitəsilə həll olunur. Biz müəyyən funksiyanın yerinə yetirilməsi zamanı siqnalların bir xətt üzrə hərəkətini görmədik. Baş beyinin müxtəlif zonaları daim öz aralarında əlaqədədirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]