Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş katib: Biz Azərbaycanın QDİƏT-də hazırkı sədrliyinə nikbin baxırıq - MÜSAHİBƏ

Baş katib: Biz Azərbaycanın QDİƏT-də hazırkı sədrliyinə nikbin baxırıq -  MÜSAHİBƏ

Bakı, 31 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan mühüm beynəlxalq təşkilatların üzvü olmaqla bu təşkilatlarda söz sahibinə çevrilir, birgə əməkdaşlıq imkanları yaradır və milli maraqları istiqamətində fəaliyyət göstərir. Bu cür təşkilatlardan biri də ölkəmizin təsisçi üzvü olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır (QDİƏT). 1992-ci il iyunun 25-də İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın dövlət və hökumət başçıları tərəfindən Zirvə Bəyannaməsinin imzalanması ilə yaranan təşkilat ticarət, maliyyə, enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, ekologiya, turizm, təhsil, gömrük və digər sahələrdə əməkdaşlıq imkanları yaradır.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin (PERMIS) Baş katibi, səfir Lazar Komanesku ilə AZƏRTAC-ın eksklüziv müsahibəsini təqdim edirik.

- Cənab səfir, Azərbaycan ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) arasında əməkdaşlığın əsas istiqamətləri hansılardır?

- İlk növbədə, icazə verin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına göstərdiyi marağa görə AZƏRTAC-a təşəkkürümü bildirim. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan QDİƏT-in təsisçilərindən biri olmaqla bu təşkilatın fəaliyyətinə fəal və dəyərli töhfə verir. Azərbaycanın 2025-ci ilin birinci yarısında QDİƏT-in hazırkı sədri postunu tutması fonunda bunu qeyd etmək xüsusilə sevindirici haldır. Əminəm ki, bu müddət ərzində təşkilatımız regionda iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində mühüm uğurlar əldə edəcək.

Sualınıza gəlincə, əvvəlcə QDİƏT haqqında bir neçə kəlmə deyim. Bu təşkilat üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək və regionda sülh, sabitlik və rifahı təşviq etmək məqsədi daşıyan regional iqtisadi platforma kimi yaradılıb. Bu gün QDİƏT öz iştirakçılarına müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlıq imkanları təqdim edir, cari məsələləri müzakirə etmək üçün müntəzəm olaraq bir araya gələn 20-dən çox tematik işçi qrupunun işini təşkil edir. Bundan əlavə, QDİƏT Avropa və Asiya arasında körpü rolunu oynayır, inteqrasiyanı və regionlararası əlaqələrin inkişafına kömək edir. Azərbaycan QDİƏT-in fəaliyyətində fəal iştirak edir və onun işinə mühüm töhfə verir. Ölkə hazırda üç işçi qrupunu əlaqələndirir: idarəetmə və institusional yenilənmə, enerji və cinayətkarlıqla mübarizə. Azərbaycan bu yaxınlara qədər mədəniyyət və turizm sahəsində əməkdaşlıq üzrə işçi qruplarını da uğurla əlaqələndirib.

Bundan əlavə, ölkə nəqliyyat, ticarət-iqtisadi əməkdaşlıq kimi sahələrin inkişafında fəal iştirak edir.

- Azərbaycan təşkilata üzv olduqdan sonra QDİƏT-in inkişafına hansı töhfəni verib?

- Azərbaycan QDİƏT-in təsisçi dövlətlərindən biri olmaqla, təşkilatın regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş müxtəlif layihələrində fəal təşəbbüs göstərib və iştirak edib. QDİƏT-in bir neçə işçi qrupunun əlaqələndiricisi kimi Azərbaycan ümumi maraq doğuran mühüm məsələləri qaldırıb, təşkilatın fəaliyyətinə konstruktiv töhfələr verib və ona hərtərəfli dəstək göstərib.

Bundan əlavə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini fəal şəkildə təşviq etməklə regionun tranzit potensialının gücləndirilməsinə töhfə verib və bu, QDİƏT ölkələri arasında ticarətin inkişafına müsbət təsir göstərib. Azərbaycan həmçinin QDİƏT-in bir sıra digər üzv dövlətləri ilə birgə infrastruktur layihələri həyata keçirməklə regionda enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Bu nümunələr Azərbaycanın QDİƏT fəaliyyətinə və regional inkişafa töhfəsini yalnız qismən əks etdirir. Əminik ki, gələcəkdə belə təşəbbüslər daha çox olacaq.

- QDİƏT vasitəsilə Qara dəniz regionunda regional iqtisadi inteqrasiyanın təşviqində Azərbaycan hansı rol oynayır?

- QDİƏT Nizamnaməsi regionda ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı və şaxələndirilməsini, eləcə də biznes mühitinin yaxşılaşdırılmasını təşkilatın əsas məqsədləri kimi müəyyən edir. O, həmçinin ticarət, iqtisadi inkişaf, bank-maliyyə, rabitə, enerji, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, turizm və digər sahələr də daxil olmaqla əməkdaşlığın əsas sahələrini sadalayır. Zaman keçdikcə bu sahələrdə bütün üzv dövlətlərin fəal iştirakı ilə mühüm layihələrə start verilib və həyata keçirilib. Artıq qeyd etdiyim kimi, Azərbaycan əməkdaşlığın möhkəmlənməsinə və bütövlükdə regionun inkişafına mühüm töhfə verən bu prosesin ən fəal iştirakçılarından biridir. Ən son və ən mühüm nümunələrdən biri Azərbaycanın QDİƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən 15 dekabr 2023-cü ildə “Daha geniş Qara dəniz regionu üçün davamlı gələcəyə doğru” iqtisadi gündəliyinin hazırlanmasında və qəbulunda iştirakıdır. Bunun ardınca 2024-cü ilin iyununda iqtisadi gündəliyin həyata keçirilməsi mexanizmi yaradıldı ki, bu da QDİƏT-in növbəti onillik üçün əməkdaşlığın prioritet istiqamətlərini müəyyən edən strateji çərçivə sənədinə çevrildi. Digər mühüm nümunə Azərbaycanın QDİƏT-in Ticarətin Asanlaşdırılması Strategiyasının layihəsinin hazırlanmasına verdiyi töhfədir. Ümid edirəm ki, bu strategiya Azərbaycanın təşkilata sədrliyi dövründə qəbul olunacaq.

Bundan əlavə, Azərbaycanın QDİƏT-in bir çox üzv dövlətləri ilə sıx iqtisadi əlaqələri təşkilatın işində fəal iştirak etmək üçün əlavə imkanlar açır. Bu kontekstdə biz Azərbaycanın QDİƏT-də hazırkı sədrliyinə nikbinliklə baxırıq və ümid edirik ki, bu müddət ərzində əldə edilmiş nəticələr üzv dövlətlər arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

- Bəs Azərbaycan QDİƏT-də iştirakından hansı iqtisadi fayda əldə edir?

- QDİƏT 13 üzv ölkə arasında əməkdaşlıq üçün platforma təqdim edir. QDİƏT-in bütün çərçivələri, yardımçı və əlaqəli qurumlarının işində birbaşa iştirak, həmçinin təşkilatın məqsədlərinə uyğun olaraq siyasi qərarların, təşəbbüslərin və layihələrin başlanması, hazırlanması, qəbulu və sonradan həyata keçirilməsinə töhfə vermək aşkar üstünlüklərdir. Bu, ölkələrə onlar üçün aktual olan məsələləri qaldırmaq, onları gündəliyə daxil etmək, qabaqcıl təcrübələri bölüşmək, öz nailiyyətləri barədə tərəfdaşları məlumatlandırmaq və digər üzv dövlətlərin təcrübəsini öyrənmək imkanı verir.

Bundan əlavə, Azərbaycan QDİƏT çərçivəsində müxtəlif konkret layihələrin həyata keçirilməsindən də faydalanır. Məsələn, QDİƏT Şurası bu yaxınlarda “Elektron ticarət üzrə QDİƏT Əməkdaşlıq Çərçivəsi”ni qəbul edib və artıq onun icrasına başlanılıb. Elektron ticarətin daxili və beynəlxalq ticarət üçün bir vasitə kimi nə qədər əhəmiyyətli olduğunu izah etməyə ehtiyac yoxdur. QDİƏT öz potensialından maksimum istifadə etmək üçün yaxın aylarda, ola bilsin ki, Azərbaycanın sədrliyi dövründə üzv dövlətlərin bu sahədə təcrübə mübadiləsinə həsr olunmuş tədbir keçirsin. Bu, elektron ticarət sahəsində regional əməkdaşlığın inkişafı üçün tövsiyələrin hazırlanmasına kömək edəcək.

QDİƏT-də daha iki təşəbbüs də başladılıb və yekun mərhələdədir. Buraya daha əvvəl qeyd etdiyim “QDİƏT Regionu üçün Regional Ticarətin Asanlaşdırılması Strategiyası” və “QDİƏT-in Vahid Pəncərəli Əməkdaşlıq Çərçivəsi” daxildir. Ümid edirəm ki, Azərbaycanın sədrliyi dövründə onların qəbulu və sonradan həyata keçirilməsi təkcə üzv ölkələrə, o cümlədən Azərbaycana əhəmiyyətli fayda gətirməyəcək, həm də bütövlükdə QDİƏT regionuna və onun hüdudlarından kənara müsbət təsir göstərəcək.

- Azərbaycan QDİƏT vasitəsilə Qara dəniz regionunda ticarət və investisiya axınının artmasına necə töhfə verir?

- Ticarətin stimullaşdırılması və investisiyaların cəlb edilməsinə daha çox diqqət yetirilməlidir. Şərq-Qərb və Şimal-Cənub ticarət yollarının kəsişməsində yerləşən strateji mövqeyə görə Azərbaycan, eləcə də bütövlükdə QDİƏT regionu mühüm qlobal nəqliyyat və enerji mərkəzinə çevrilib. İnkişaf etmiş nəqliyyat infrastrukturu transsərhəd ticarətin genişlənməsini asanlaşdırır və həm region daxilində, həm də ondan kənarda investisiya axınını artırır. Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə tranzit daşımaların artması onun Avropa və Asiya arasında dayanıqlı, təhlükəsiz və etibarlı marşrut statusunu möhkəmləndirir. Bu kontekstdə biz Azərbaycanda görülən işləri böyük maraqla izləyirik. Həqiqətən də, müasir infrastrukturun inkişafı, ticarət və tranzit prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma və şəffaflığın artırılması ticarət və investisiyaların böyüməsi və davamlı inkişafı üçün əsas şərtlərdir. Azərbaycanın bu sahələrdə əldə etdiyi nailiyyətlər, şübhəsiz ki, regionun ümumi uğuruna mühüm töhfə verəcək.

- Azərbaycan iqtisadi əməkdaşlıq kontekstində regional təhlükəsizlik məsələlərinin həllində QDİƏT-ə necə kömək etdi?

- QDİƏT adından da göründüyü kimi, iqtisadi əməkdaşlıq təşkilatıdır. Əlbəttə, biz təhlükəsizlik məsələlərinin vacibliyini dərk edirik, lakin bizim nöqteyi-nəzərimizdən onun iqtisadi ölçüsü də nəzərə alınmalıdır. İqtisadi əməkdaşlığın təşviqi və gücləndirilməsi, o cümlədən səmərəlilik nöqteyi-nəzərindən təhlükəsizliyin yaxşılaşdırılmasının ən təsirli yollarından biridir. Bu kontekstdə bir neçə konkret misal çəkəcəyəm. Azərbaycan əhəmiyyətli təbii sərvətlərə malik olmaqla Cənubi Qafqaz regionunda mühüm rol oynayır. Onun enerji ehtiyatları və strateji coğrafi mövqeyi ona həm region ölkələrinin, həm də onun hüdudlarından kənarda enerji təchizatı və enerji təhlükəsizliyinə mühüm töhfə verməyə imkan verir. Bundan əlavə, ticarət, logistika və təchizat üçün əsas əhəmiyyət kəsb edən ən mühüm nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir.

Bu nümunələr Azərbaycanın regional təhlükəsizliyin mühüm elementi kimi rolunu vurğulayır. Bundan əlavə, ölkə ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə fəal iştirak edir. Bu səylər ötən ilin noyabrında Bakıda keçirilən COP29 konfransında yekunlaşdı və burada Azərbaycan hakimiyyətinin xeyirxah dəvəti sayəsində QDİƏT bu mühüm tədbirdə ilk dəfə iştirak etdi.

- Müsahibəyə vaxt ayırdığınız və fikirlərinizi bizimlə bölüşdüyünüz üçün çox sağ olun.

- Sizinlə söhbət etməkdən zövq aldım. QDİƏT-ə və onun fəaliyyətinə göstərdiyiniz marağa görə sizə və agentliyinizə bir daha təşəkkür edirəm. İcazə verin, fürsətdən istifadə edərək, Azərbaycanın QDİƏT-də uğurlu sədrliyinə ən xoş arzularımı və inamımı ifadə edim.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş nazir: Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir

Zakir İbrahimov: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üçün genişmiqyaslı işlər aparır

“Mingəçevir Reqatası-2026”da Azərbaycanı təmsil edəcək avarçəkənlər bəlli olub

Çimərlik güləşi millisinin Dünya Seriyasının final mərhələsi üçün heyəti açıqlanıb

Əli Əsədov: Böyük Qayıdışa dair II Dövlət Proqramının təsdiqi gözlənilir

“AzerGold” qarşıdakı mərhələdə yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsini prioritet hesab edir

Daxili işlər naziri xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşüb

Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstanda hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb

Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlər ilkin icbari hazırlığa cəlb olunacaqlar

Türk ekspert: Ermənistanın Azərbaycana qarşı təcavüzü iki suveren dövlət arasında beynəlxalq xarakterli münaqişəyə çevrilmişdi

Şəhid ailələri və müharibə iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub – BMU-da görüş

ANAMA: Azərbaycanda minatəmizləmə müasir texnologiyalar əsasında həyata keçirilir

Formula 1: İkinci sərbəst yürüşdə qəza baş verib

® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir

Növbəti iki gün hava necə olacaq?

O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

® “Bakcell”də hədiyyə mövsümü başladı

Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib

“AzərEnerji” vaxtilə təmas xətti olan ərazilərdə 3000-ə yaxın ağac əkib

Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

Adəm İbrahim: Süni intellektdən insanların işinin səmərəliliyini artırmaq üçün istifadə olunmalıdır – MÜSAHİBƏ

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib