İDMAN
Baş məşqçi: Hər iki voleybol yığmamız Qızıl Avropa Liqasında uğur qazana bilər
![Baş məşqçi: Hər iki voleybol yığmamız Qızıl Avropa Liqasında uğur qazana bilər](/files/2023/3/1200x630/17028949796291628746_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
"Hər iki millinin Qızıl Avropa Liqasında uğur qazanmaq şansı var".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Abşeron" klubunun baş məşqçisi Famil Ağayev kişi və qadın voleybolçulardan ibarət Azərbaycan yığmalarının Qızıl Avropa Liqasındakı şanslarını dəyərləndirərkən deyib.
Gənc mütəxəssis hər iki komandaya inandığını bildirib: "Sevindirici haldır ki, uzun müddətdən sonra həm kişi, həm də qadın komandalarımız bu turnirdə iştirak edəcəklər. Rəqiblər də bizə uyğundur. Yaxşı hazırlaşıb ölkəmizi bu turnirdə uğurla təmsil etmək olar”.
F. Ağayev Azərbaycan voleybolunun əvvəlki nüfuzunu qaytaracağına inandığını söyləyib: "Hazırda qadın yığmasına baş məşqçi təyin olunmayıb. Ümid edirəm ki, yeni mütəxəssis gəldikdən sonra daha yaxşı olacaq. Voleybolumuza əvvəlki həyəcanın qayıdacağına və azarkeşlərimizin yenidən qələbələrə sevinəcəyinə inanıram. Hər iki komandamıza Qızıl Avropa Liqasında uğurlar arzulayıram".