BAŞ ŞİRVAN KOLLEKTORU ÜZƏRİNDƏKİ KÖRPÜ YENİDƏN QURULUB
Əli Bayramlıda Baş Şirvan kollektoru üzərindəki avtomobil körpüsü yenidən qurulmuşdur. Burada iri həcmli beton özüllər qoyulmuş, metal konstruksiyalar quraşdırılmış, ərazi tamamilə abadlaşdırılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tikinti-quraşdırma işlərinə şəhərin daxili imkanlarından 500 milyon manat vəsait xərclənmişdir.