Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş stomatoloq: Stomatoloqun etdiyi kiçik səhv çoxlarının virusa yoluxmasına səbəb ola bilər

Baş stomatoloq: Stomatoloqun etdiyi kiçik səhv çoxlarının virusa yoluxmasına səbəb ola bilər

Bakı, 11 iyul, AZƏRTAC

Qlobal bəla sayılan yeni növ koronavirus (COVID-19) infeksiyası, çox təəssüf ki, bizim respublikamızdan da yan keçmədi. COVID-19 pandemiyasının tam aradan qalxmasını səbirsizliklə gözləsək də, hələ ki ona qarşı peyvəndin olmaması və spesifik müalicə vasitəsinin tapılmaması bizim bu infeksiya ilə hələ bir müddət yaşamalı olacağımız anlamına gəlir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının müdiri, respublikanın baş stomatoloqu, tibb elmləri doktoru, professor Nazim Pənahov deyib. O bildirib ki, belə bir məqamda stomatoloqların da üzərinə çox böyük məsuliyyət düşür: “Bu infeksiya yaxın təmas, eləcə də hava-damcı yolu ilə ötürülür. Stomatoloqlar isə bu iki ötürülmə vasitəsinin, belə desək, özəyində çalışırlar: bir tərəfdən, pasiyentlə həkim-stomatoloq arasındakı fiziki məsafənin tam yaxın olması, digər tərəfdən də ağız boşluğunun tüpürcək mühiti. Burada artıq tüpürcək damlacıqları ilə yaxın təmasdan deyil, birbaşa onun yarandığı və yerləşdiyi mühitdəki küllü miqdardakı təmasdan söhbət gedir. Bu baxımdan, stomatoloqun etdiyi kiçik səhlənkarlıq, yaxud onun gigiyena qaydalarına riayət zamanı etdiyi səhv nəinki özünün, eləcə də ailəsinin, yaxın çevrəsinin, həmçinin digər xəstələrin və ümumilikdə işlədiyi klinikadakı bütün personalın yoluxmasına səbəb ola bilər. Təbii ki, bunları göz önünə almaqla hər bir həkimin bilməli olduğu xüsusilə vacib olan bir qızıl qaydaya riayət edilməlidir. Yaxınlıq və qohumluq dərəcəsindən asılı olmadan, hər bir müraciət edən şəxsə potensial virus daşıyıcısı kimi baxılmalıdır. Onun müayinəsi və müalicəsi zamanı heç vaxt bu ehtiyat əldən verilməməlidir. Əgər stomatoloq özünü bu infeksiyadan qoruyacaqsa, deməli, ətrafını da yoluxdurmayacaq.

Bu infeksiya yayılmadan öncə də ağız boşluğu xüsusi təhlükəli infeksiyaların, məsələn QİÇS, hepatit, vərəm, sifilis və s. infeksiyaların potensial yayılma ocağı sayılırdı. Lakin bu qızıl qaydaya riayət edən həkimlər, təbii ki, həmin infeksiyalara yoluxmur və başqasına da yaymırdı. İndi də bu sıraya COVID-19 qatılıb. Sadəcə, vacib gigiyenik qaydalara mütləq riayət edilməlidir.

Belə bir xırdalığı misal çəkmək istərdim. Məsələn, mən bir həkim olaraq, əlimə əlcək, üzümə maska taxıramsa, bu artıq mənim şüurumda həmin nahiyələrin bulaşmış olduğu anlamı yaradır. Heç vəchlə əlimdəki əlcəklə üzümdəki maskaya, yaxud bədənimin başqa nahiyələrinə, məsələn, saçıma, alnıma, eləcə də məni əhatə edən avadanlıqlara, otaqdakı mebelin rəflərinə, qapılarına və s. yerlərə toxunmuram. Əgər yardımçı personal otaqda deyilsə və mən məcbur qalıb nəyəsə toxunmalıyamsa, məsələn, mebelin qapısını, yaxud su kranını açmalıyamsa, onu sərbəst saxladığım və xəstə ilə təmas etdirmədiyim çeçələ barmaqlarımla, yaxud əlimin arxası yaxud dirsəyimlə edirəm. Mən bu vərdişin vətəndaşlarda da yaranmasını çox arzulayardım. Belə ki, hərdən marketlərdə fikir verirəm ki, maska və əlcək taxan bəzi şəxslər həmin qoruyucu vasitəni səhvən daha çox bulaşdırıcı vasitə kimi işlədirlər. Nəticə isə bir çox hallarda arzuedilən olmur”.

O, hazırda vətəndaşların bir çoxunun virusa yoluxmamaq üçün stomatoloqlara müraciət etməməsi məsələsinə də toxunub: “Vətəndaşların stomatoloqlarla bağlı olan narahatlığı başa düşüləndir, əsassız da deyil, lakin tədbirli olsaq, bir o qədər də qorxulu deyil. Əgər vətəndaşlarda həkim-stomatoloqa müraciət etmək zərurəti yaranarsa, məsələn, dişlərində kəskin ağrı, gecə ağrıları, daimi sızıltı və s. bu kimi hallarda, təbii ki, ehtiyat tədbirləri görülməklə, eləcə də gedilən stomatoloji klinikada bu tədbirlərə ciddi əməl olunmasına əmin olduqdan sonra müalicə üçün müraciət etmək olar. Həkim özünü qorumağa çalışacaqsa, deməli, pasiyenti də qoruyacaq. Lakin estetik baxımdan bəzi konstruksiyaların hazırlanması, yaxud dişlərin ağardılması və digər bu kimi planlı işləri bir müddət təxirə salmaq olar. Belə ki, həmin estetik prosedurlar vətəndaşların həkim qəbuluna uzun müddət gəlməyinə səbəb olacaq. Bu da pasiyentin həmin klinikada olma müddətini və təsadüfən yoluxma ehtimalını artıra bilər. Eləcə də dişlər yonularkən havaya dağılan aerozol şəklində damlacıqlar həm həkimin, həm də həmin pasiyentdən sonra müraciət edən vətəndaş üçün risk amili sayılır.

Ağız boşluğunun gigiyenasına ciddi riayət etmək bu virus yayılmazdan öncə də vacib idi, indi də təbii ki, önəmlidir. Əsas məsələ immun sistemini zəiflətməməkdir. Çünki bədənimiz elə qurulub ki, güclü immunitetə malik olsaq, istənilən infeksiya ilə mübarizə apara bilərik. Bir də ki, son zamanlar bəzi vətəndaşlarda bir qədər pessimist əhval-ruhiyyə hiss edilməkdədir. Sanki bu virusa yoluxan hər kəs dünyasını dəyişir. Düşünürəm ki, bu fikrə bir az tənqidi yanaşmalı, dünya üzrə yoluxanların 99 faizinin COVID-19-u yüngül və orta, yalnız 1 faizinin ağır keçirdiyini nəzərə almalıyıq. Lakin tədbirlərə riayət etməklə, özümüzü qorumaqla, təbii ki, ətrafdakıları da mühafizə etmiş olarıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH