Baş vermiş zəlzələnin vurduğu zərər müəyyənləşdirilir
Balakən-Zaqatala, 15 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ zamanı dəymiş zərəri müəyyənləşdirmək üçün Balakən və Zaqatala rayonlarının fövqəladə hallar komissiyaları tərəfindən zərər çəkmiş ərazilərdə araşdırma və dəqiqləşdirmə işləri davam etdirilir.
Balakən Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, komissiyaya daxil olan son məlumatlara görə, yeraltı təkanlar nəticəsində Kortala kəndində həkim ambulatoriyası, Yeni Şərif kəndində məktəb, məscid və poçt binası, Bedağar kəndində məktəb binası, habelə Qazma kəndində 5, Tülü kəndində isə bir fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Zəlzələ nəticəsində rayon icra hakimiyyəti binasının divarlarında çatlar əmələ gəlmiş, Qabaqçöl qəsəbə xəstəxanasının binası zədələnmişdir.
Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından bildirmişlər ki, zəlzələ nəticəsində Qanıx çayı vadisində yerləşən Faldarlı və digər kəndlərdə ilkin məlumatlara əsasən 5 fərdi yaşayış evinin qəzalı vəziyyətə düşdüyü, bəzi evlərə müxtəlif dərəcədə zərər dəydiyi müəyyənləşmişdir.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]