Batumidəki Orta Cami məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Tbilisi, 27 fevral, AZƏRTAC
Azərbaycanın Batumidəki baş konsulluğunun təşəbbüsü ilə Batumi şəhərindəki Orta Cami məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimi “Qurani-Kərim”dən ayələr tilavət edilib, Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Mərasimdə Azərbaycan icmasının üzvləri, dini icma nümayəndələri və yerli ictimaiyyət təmsilçiləri, milliyyətcə gürcü olan müsəlmanlar iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi