“Bavariya” “Atalanta”ya qarşı cavab oyununa 16 yaşlı qapıçı ilə çıxa bilər
Bakı, 16 mart, AZƏRTAC
Almaniyanın “Bavariya” komandası UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İtaliya “Atalanta"sı ilə cavab oyununa 16 yaşlı qapıçı ilə çıxa bilər.
AZƏRTAC xəbər verir ki, buna Münxen klubunun hər üç qolkiperinin zədəli olmasıdır.
Manuel Noyer baldır əzələsindəki zədədən sonra bərpa dövrü keçir. Yonas Urbiq "Atalanta"ya qarşı ilk matçda beyin silkələnməsi keçirib. Sven Ulrayx isə Bundesliqanın son turunun "Bayer”lə görüşündə adduktor əzələsindən zədə alıb.
Əgər bu 3 qapıçıdan heç biri “Atalanta” ilə martın 18-də keçiriləcək ikinci oyuna qədər sağalmasa, son iki qarşılaşmada ehtiyat oyunçular skamyasında olan 16 yaşlı Leonard Preskott start heyətində meydana daxil ola bilər. Digər namizəd isə Yannis Bartldır. 19 yaşlı qolkiper bu mövsüm Bundesliqada artıq iki dəfə əsas komandanın heyətində yer alıb.
Qeyd edək ki, “Bavariya” ilk oyunda səfərdə “Atalanta”nı darmadağın edib – 6:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]