Bayden administrasiyası ABŞ-da bütün ailələrə qoruyucu maskalar göndərməyə hazırlaşır
Vaşinqton, 8 fevral, AZƏRTAC
Bayden administrasiyası bütün Amerika ailələrinə qoruyucu maskalar göndərməyin mümkünlüyü məsələsini müzakirə edir.
AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, hazırda COVID-19-a qarşı mübarizə qrupu həmin variantın mümkünlüyünü araşdırır, lakin hələlik qərar qəbul edilməyib.
Maskaların birdəfəlik istifadə üçün, yoxsa parçadan hazırlanmış olacağı və əgər bu təklif qəbul edilərsə, hər ailənin neçə maska alacağı da hələ dəqiqləşdirilməyib.
Bayden özünün prezidentliyinin ilk 100 günü ərzində Amerikada hamının maska taxmasını xahiş edib və federal idarələrdə, həmçinin ictimai nəqliyyatda maskasız hərəkəti qadağan edən bir neçə fərman imzalayıb.
Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru doktor Entoni Fauçi Baydenin koronavirus pandemiyasına münasibəti barədə dəfələrlə müsbət fikir söyləyib və qeyd edib ki, yeni administrasiya ilə işləyəndə özünü daha rahat hiss edir.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]