Bayram günlərində dəmir yolu nəqliyyatı ilə 25 minədək sərnişin daşınıb
Bakı, 27 mart, AZƏRTAC
Novruz bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilib.
Martın 19-26-da dəmir yolu ilə 24 min 880 sərnişin daşınıb ki, 22 min 423 nəfər ölkə daxilində hərəkət edən, 2457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə yola salınıb.
Bayram günlərində hər gün əlavə 800-1000 nəfər sərnişin daşınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]