BAYTARLIQ XİDMƏTİNİN SƏVİYYƏSİ YÜKSƏLMİŞDİR
Neftçala, 15 avqust (AZƏRTAC). Cari ilin birinci yarısında Neftçala rayonunda baytarlıq işinin həcmi və keyfiyyəti yüksəlmişdir.
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, 13 min 219 baş iribuynuzlu mal-qara brüselyoz xəstəliyinə görə seroloji müayinə olunmuşdur. Müayinə nəticəsində 9 baş heyvanda muvafiq yoluxucu xəstəlik aşkarlanmış, həmin heyvanlar baytar nəzarəti altında kəsilərək çıxdaş edilmişdir.
Vərəmə görə 8.205 baş heyvan allergik müayinədən keçirilmiş, 39 min 77 baş iribuynuzlu mal-qara qarayara xəstəliyinə qarşı peyvənd olunmuşdur.
Bu müddətdə mal-qaranın ölüm halları keçən ilin müvafiq dövru ilə müqayisədə 6 faizədək azalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]