“BBC Top Gear” portalı Bakıda keçiriləcək “Formula-1” yarışlarından yazıb VİDEO
London, 1 mart, AZƏRTAC
Böyük Britaniyanın “BBC Top Gear” portalında bu ilin iyununda Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarına dair məqalə yerləşdirilib.
Məqalədə yarışların keçiriləcəyi məkan, hazırlıq prosesi, küçə və yollar haqqında məlumat verilib. Qeyd edilib ki, 6 kilometr uzunluğunda marşruta malik Bakı Qran-prisi ən sürətli treklərdən olacaq. Bundan başqa, marşrut boyunca geniş dövrələr yarışın daha maraqlı olmasına şərait yaradır.
Portalda Qran-prinin yollarının sxemini və Bakının gözəlliyini əks etdirən videoçarx da yerləşdirilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London