BDU-da elmi-tədqiqat layihələri müsabiqəsinin 15 qalibi müəyyənləşib
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Universitetdaxili Tədqiqat və İnkişaf Fondu çərçivəsində elan olunmuş elmi-tədqiqat layihələri müsabiqəsinə 49 layihə təqdim olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təqdim olunmuş layihələr müəyyən edilmiş qaydada tədqiqatın əhəmiyyəti, elmi yeniliyi, metodologiyasının etibarlılığı, elmi nəticə və nəşr potensialı, layihə rəhbəri və icraçılarının tədqiqat bacarıqları, layihənin icra imkanlarının təhlili və digər meyarlar əsasında ekspertlər tərəfindən qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, Müsabiqə Komissiyası fundamental tədqiqatlar, tətbiqi tədqiqatlar, eləcə də gənc alim və tədqiqatçıların layihələri üzrə ümumilikdə 15 layihəni qalib elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [16:48]
Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır
- 29.10.2026 [16:42]
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
- 29.10.2026 [15:34]
BMU-da elmi seminarda IceCube neytrino rəsədxanası barədə məlumat verilib
- 29.10.2026 [14:33]
Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb
- 29.10.2026 [14:25]