BDU-da Tələbələrarası I Azərbaycan kubokunun seçim turu davam edir




Bakı, 15 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Gənclər və İdman Nazirliyi, “Xəzər” İntellektual Gənclər Klubu və BDU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən Tələbələrarası I Azərbaycan kubokunun ikinci seçim turu keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında keçirilən turnirdə tələbələr 24 sual üzrə, 4 turda yarışıblar. Universitet liqasının qalibləri Tələbələrarası I Azərbaycan kuboku uğrunda mübarizə aparmaq hüququ əldə edəcəklər.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd tələbələrin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [15:19]
Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində olub
- 29.04.2025 [13:57]
Hərbi-idman oyununun paytaxt üzrə finalçısı bəlli olub
- 29.04.2025 [12:08]