ELM VƏ TƏHSİL
BDU-nun tələbəsi “Techest” təqaüd proqramının qalibi olub
Bakı, 31 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının Kompüter elmləri ixtisasının II kurs tələbəsi Məzahim Axundov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilən “Techest” təqaüd proqramının qalibi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, “Techest” təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir.
“Techest” məktəbli, tələbə və məzunları İKT sahəsində peşəkar və ödənişsiz təlimlərlə təmin edən, gənclərin gələcəkdə startaplar qurmasında önəmli rol oynayan əməkdaşlıq müstəvisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [19:33]
Mayın 5-6-da geomaqnit qasırğası olacaq
- 04.05.2024 [17:20]
Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 04.05.2024 [14:55]
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
- 04.05.2024 [13:20]