Bədii gimnastika üzrə 30-cu Bakı çempionatı başlayıb VİDEO
Bakı, 28 noyabr, AZƏRTAC
Bədii gimnastika üzrə 30-cu Bakı çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə 6 idman klubundan 130-a yaxın gimnast iştirak edir. İdmançılar balacalar, yeniyetmələr, gənclər yaş kateqoriyaları üzrə top, lent, gürzlər və halqa ilə proqramlarda bacarıqlarını nümayiş etdirirlər.
İlk mükafatçılar noyabrın 29-da bəlli olacaq. Yarışa isə noyabrın 30-da yekun vurulacaq.