Bədii gimnastlarımız Belçikada “GymGala” şousunda iştirak ediblər
Bakı, 20 dekabr, AZƏRTAC
Gimnastikanın tanınmış simaları Belçikanın Antverpen şəhərində toplaşıblar.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 20-ci “GymGala” şousunun keçirildiyi “Lotto Arena”da gimnastikanın müxtəlif növləri üzrə dünya, Avropa mükafatçıları, həmçinin Olimpiya ulduzları öz çıxışlarını təqdim ediblər. Dəvətlilər arasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da yer alıb. Siyana Vasileva, Diana Əhmədbəyli, Zeynəb Hümmətova, Ayna Cəfərova və Aliyə Paşayevanın gözoxşayan performansları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Azərbaycan gimnastikasının daha bir nümayəndəsinin sorağı isə Braziliyadan gəlib. Belə ki, bədii gimnastika üzrə milli komandamızın xoreoqrafı Kamil Quliyev qarşı tərəfin dəvəti ilə bir neçə gün ərzində Braziliyanın 150-yə yaxın gimnastına öz təcrübəsini bölüşərək, onlara balet və rəqslə bağlı ustad dərsləri keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]