Bədii gimnastlarımız Özbəkistanda dünya kuboku yarışlarında çıxış ediblər
Bakı, 20 aprel, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddə bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi fərdi proqramda Alina Gözəlova və İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Nərgiz Ramazanovadan ibarət Azərbaycan millisinin ikinci heyəti təmsil edib. Komandamızın üzvlərindən İlona Zeynalova halqa ilə hərəkətlərdə finala adlayaraq 8-ci pillədə qərarlaşıb.
Qrup hərəkətləri komandamız isə həlledici mərhələdə 2 top və 3 lentlə hərəkətlərin icrasında dördüncü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]