Bəhruz Niftəliyev: “Tanrıya məktublar” son illərdə qələmə aldığım şeirləri bir araya gətirib
Bakı, 29 noyabr, AZƏRTAC
Son 11 ildə qələmə aldığım şeirləri bir araya gətirən bu kitab, əslində mənim duyğu və düşüncələrimin səsidir. Mənə görə insanın sevgisi, hissləri, iç dünyası Tanrıya ünvanlanan görünməz məktublardır. Biz bu məktublarla yaşayır, bu duyğularla var oluruq və sözlə özümüzü ifadə edirik.
Bunu AZƏRTAC-a açıqlamasında “Tanrıya məktublar” kitabının müəllifi Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət Telekanalının direktor müavini şair-publisist Bəhruz Niftəliyev deyib.
Onun sözlərinə görə, kitab Tanrını hiss etməklə Tanrıya inanmağın arasındakı o incə, dərin fərqlərdən bəhs edir.
“Gördüyüm, yaşadığım, içimdən keçən hər məqamı şeirin dili ilə oxucuya çatdırmağa çalışmışam. Vətən sevgisi, müqəddəs Şuşamız, torpaqdan və kökdən gələn duyğular bu misralarda öz yerini tapıb. Ümid edirəm ki, kitabı vərəqləyən hər kəs şeirlərdə özündən bir parça, öz həyatından bir işıq, öz duyğularından bir səs tapacaq”,- deyə Bəhruz Niftəliyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]