Belarus-Aİ sərhədində 3,2 min yük maşını növbə gözləyir
Bakı, 14 mart, AZƏRTAC
Belarusdan Avropa İttifaqına keçməyə çalışan təxminən 3,2 min yük maşını nəzarət-buraxılış məntəqələrində növbəyə düzülüb.
AZƏRTAC xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsinin məlumatına görə, bu, ilin əvvəlindən bəri qeydə alınan rekord göstəricidir.
“Litva ilə sərhəddə bəzi nəzarət-buraxılış məntəqələrinin bağlanması, marşrutların sayının azalması və qonşu ölkələrin giriş normalarına məhəl qoymaması Avropa İttifaqına keçmək üçün gözləmə vaxtının xeyli artmasına səbəb olub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2023-cü il avqustun 18-dən bəri Litvanın Belarusla sərhədindəki keçid məntəqələrinin əksəriyyəti bağlanılıb. Hazırda iki ölkə arasında yalnız iki nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. Polşa-Belarus sərhədində isə yalnız bir buraxılış məntəqəsi işini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]