Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belçikanın “Euroreporter” nəşrində Azərbaycanda mina çirklənməsi ilə bağlı məqalə dərc edilib

Belçikanın “Euroreporter” nəşrində Azərbaycanda mina çirklənməsi ilə bağlı məqalə dərc edilib

Brüssel, 5 oktyabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərovanın “İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında mina təhlükəsi zəifləmir” sərlövhəli məqaləsi Avropa İttifaqının nüfuzlu “Euroreporter.co” nəşrində dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi ilə Cənubi Qafqaza gətirdiyi yeni reallıqlardan bəhs edir. Postmünaqişə dövründə iki ölkə arasında münasibətlərin normallaşması prosesinin çox mühüm olduğu diqqətə çatdırılır. Tərəflər arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, regionda bütün kommunikasiyaların açılması, humanitar məsələlər aktuallıq kəsb edir.

E.Cəfərova Azərbaycanın Qələbədən dərhal sonra işğaldan azad etdiyi torpaqlarının bərpasına başladığını və ilk məcburi köçkünlərin köçürülmə prosesinə start verildiyini diqqətə çatdırıb. Bölgədə ilk "ağıllı kənd" - Zəngilanın rayonunda Ağalı kəndi artıq sakinlərini qəbul edib. Amma həmin ərazilərdə ermənilər tərəfindən basdırılmış minalar təhlükə yaradır və dinc insanların həyatını itirməsinə səbəb olur.

Müəllif xatırladıb ki, Azərbaycanın işğaldan azad edilmiş rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilər sırasındadır. “Qafqazın Xirosiması” adlandırılan Ağdamda 97 min mina aşkar edilib. Lakin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi problemi təkcə miqyası ilə məhdudlaşmır. Azərbaycanın israrlı çağırışlarından sonra ATƏT-in, ABŞ, Rusiya, Avropa İttifaqı və Gürcüstanın vasitəçiliyi ilə erməni əsirlərinin qaytarılması müqabilində minalanmış ərazilərin xəritələri təqdim olunub. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, təqdim olunan xəritələrin dəqiqliyi 25 faiz uyğun gəlir. Təbii ki, bu xəritələrə Laçın və Kəlbəcərdən geri çəkilən Ermənistan silahlı bölmələrinin həyata keçirdiyi kütləvi minalama daxil deyil.

Məqalədə qeyd olunur ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) proqnozlarına görə, ölkəmiz tərəfindən aparılan işlərin intensivliyinə baxmayaraq, bəzi rayonların təmizlənməsi on ilə qədər vaxt apara bilər. Minatəmizləmə işləri böyük vaxt və vəsait tələb edir və Azərbaycan işğaldan azad edilmiş əraziləri tez bir zamanda təmizləməyə çalışır. Bu məsələdə beynəlxalq ictimaiyyətin köməyi alqışlanır və çox lazımdır. Bəzi ölkələr yardım ediblər. Məsələn, Böyük Britaniya Azərbaycanın bərpa və minalardan təmizlənməsi səylərinə 1 milyon manatdan çox (500 min funt sterlinq) ayırıb. Fransa minalardan təmizlənmə üçün 400 min avronun ianə edilməsini bəyan edib. ABŞ-ın Marşal İrs İnstitutu isə Azərbaycana onlarca minaaxtaran it bağışlayıb.

Avropa İttifaqının Azərbaycanda minatəmizləmə işlərinə yardımlarından bəhs edən BMTM-nin İdarə Heyətinin üzvü bildirib ki, qardaş Türkiyədən olan mütəxəssislər də minatəmizləmə prosesində Azərbaycana köməklik göstərirlər. Vurğulanıb ki, bu prosesdə beynəlxalq ictimaiyyətin və müvafiq beynəlxalq təşkilatların dəstəyi və köməyinə daha da ehtiyac vardır.

“2020-ci ilin payızında hərbi əməliyyatların başa çatmasından indiyədək 240-dan çox hərbçi və mülki şəxs mina partlayışı nəticəsində ölüb və ya yaralanıb. 2022-ci il sentyabrın 30-da Azərbaycanın Füzuli rayonu ərazisində minanın partlaması nəticəsində iki nəfər - 1986-cı il təvəllüdlü Amid Əsədov və Çərkəz Quluzadə (2007-ci il təvəllüdlü) həlak olub. Oktyabr ayının əvvəlində Tərtər rayonu və Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minanın partlaması nəticəsində 3 nəfər xəsarət alıb. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində mina təhlükəsi zəifləmir və günahsız insanların həyatına son qoymaqda davam edir.

Bu arada Azərbaycan işğaldan azad edilmiş torpaqların minalanması ilə bağlı getdikcə daha dəhşətli faktlar aşkar etməkdə davam edir. Bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyi Azərbaycanın Xocalı rayonu istiqamətində mühəndis-istehkam bölmələri tərəfindən Ermənistan istehsalı olan PMN-E markalı beş piyada əleyhinə mina aşkar edilərək, sonradan zərərsizləşdirildiyi barədə məlumat yayıb. Üstəlik, 2021-ci ildə müharibə başa çatdıqdan sonra təkcə Laçın rayonunda 1400-dən çox yeni mina qoyulub ki, bu da təəssüf ki, Azərbaycana qarşı məkrli müharibənin ən dəhşətli şəkildə davam etdiyindən xəbər verir”, - deyə məqalədə qeyd olunur.

Esmira Cəfərova məqaləsinin sonunda bildirir ki, Ermənistan mina sahələrinin daha dəqiq xəritələrini təqdim etməklə sülhə hazır olduğunu nümayiş etdirə bilərdi. Ermənistanın verdiyi mina sahəsi xəritələrinin dəqiqliyi çox aşağıdır və bu ölkə minalanmış Azərbaycan ərazilərinin dəqiq və dolğun xəritələrini təhvil verməklə ədalətin, beynəlxalq hüququn və insanlığın tərəfində olduğunu sübut etməlidir.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir