Benefisiar: Asudə vaxtın həmyaşıdlarla keçirilməsi tənhalığı unutdurur
Bakı, 19 fevral, N.Həsənova, foto Səfiyar Məcnun, AZƏRTAC
Altmış üç yaşım var, yaşayış yerim yox idi. Öyrəndim ki, belə bir müəssisə var, müraciət etdim. Hər kəsdən və yaradılan şəraitdən çox razıyam. İstilik, hamam, televiziya və oyun otaqları var. Domino, şahmat oynayırıq. Darıxmağa səbəb yoxdur. Burada qalanların hamısı ilə ünsiyyətim var, bir-birimizin qayğısına qalırıq.
Bu barədə AZƏRTAC-a Bakının Zabrat qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsinə yerləşdirilən Rasim Abışov bildirib.
Sosial işçilərin həssas qrupdan olan şəxslərə göstərdiyi qayğını qeyd edən müsahib daha sonra bunları vurğulayıb: "Həyat yoldaşım vəfat edib. Müəssisəyə gələnədək işləyirdim. Burada qayğımızı çəkirlər. Asudə vaxtımı həmyaşıdlarım ilə keçirmək tənhalığımı unutdurur".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]