Bərbər və qənnadıçı-şirniyyatçı peşəsinin əmək bazarında mövqeyi müzakirə olunub
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən peşəyönümlü işin təşkili və təbliği istiqamətində görülən işlər çərçivəsində fevralın 28-də Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bərbər və qənnadıçı-şirniyyatçı peşələri üzrə istehsalat emalatxanasında olan şagirdlər istehsalat dərslərində iştirak ediblər. Onlara texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlar verilib.
Şagirdlərə bərbər və qənnadıçı-şirniyyatçı peşəsinin əmək bazarında mövqeyi barədə danışılıb, onların liseyin tələbələri ilə birlikdə istehsalat təcrübəsində iştirak etmələrinə şərait yaradılıb.