Berlin kovidologiyaya sərmayə yatırır
Berlin, 14 iyun, AZƏRTAC
Almaniyanın Təhsil Nazirliyi COVID-19 əleyhinə preparatlar və dərmanlar istehsalının yeni yollarının öyrənilməsi üçün əlavə vəsait ayırmağı qərara alıb.
AZƏRTAC xəbər verir ki, bu gün ölkənin Təhsil Nazirliyi tədqiqat məqsədləri üçün büdcədən 40 milyon avro ayırmağı qərara aldığını açıqlayıb. Bu vəsait koronavirusun təbiəti və müalicəsi yolları ilə bağlı yeni laboratoriya tədqiqatları aparılmasına sərf ediləcək. Alman alimləri araşdırma istiqamətləri arasında möhkəm yer tutan "kovidologiya" terminindən tez-tez istifadə etməyə başlayırlar.
Bundan əvvəl koronavirus əleyhinə yeni dərmanların hazırlanmasına təxminən 50 milyon avro ayrılmışdı.
Hökumət bildirib ki, peyvənd olunan insanların nisbətinin yüksək olmasına baxmayaraq COVID-19-a yoluxmanın davam etməsinə hazır olmaq lazımdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:11]
Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]