Berlin sakinləri Avropa Komissiyasının yeni qaydalarına etiraz edirlər
Berlin, 3 mart, AZƏRTAC
Almaniya paytaxtının mərkəzində keçirilmiş nümayişdə iştirak edən 4 minə yaxın berlinli müəllif hüququ sistemində aparılan islahatlara etirazlarını bildiriblər.
AZƏRTAC ZDF televiziya kanalına istinadla xəbər verir ki, meydana toplaşan insan kütləsi aksiya iştirakçılarının nəzərdə tutduğundan da çoxsaylı olub.
Avropa Komissiyası hələ 3 il əvvəl bu sistemdə yeni qaydaların tətbiqini təklif edib. İslahatda nəzərdə tutulur ki, internet platformalarının sahibləri başqalarının müəllif işini öz saytlarında istifadə etməsinlər. Nümayiş iştirakçılarını narahat edən odur ki, islahat fikir azadlığı üçün və internetdə rəngarənglik baxımından xoşagəlməz nəticələr doğuracaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]