Berlində Almaniya və Baltikyanı ölkələrin liderlərinin görüşü keçiriləcək
Berlin, 27 iyun, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts iyulun 3-də Baltikyanı dövlətlərin rəhbərləri - Latviyanın Baş naziri Andris Kulberqs, Estoniyanın Baş naziri Kristen Mixal və Litva Prezidenti Gitanas Nauseda ilə görüş keçirəcək.
AZƏRTAC xəbər verir ki, Berlində - Kansler Ofisində təşkil ediləcək B3+1 formatlı görüşdə Ankarada keçiriləcək NATO Sammitinə hazırlıq məsələləri, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı mövzular, eləcə də Ukraynaya dəstəyin davam etdirilməsi müzakirə olunacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]