Berlində azərbaycanlı iş adamları ilə yerli məhsulların ixracına dair fikir mübadiləsi aparılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Almaniyada işgüzar səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Berlin şəhərində fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan məhsullarının ixracına, xarici ölkələrdə biznes imkanlarına dair fikir mübadiləsi aparılıb. KOBİA nümayəndələri, həmçinin Almaniyada milli mətbəximizi təbliğ edən "Qarabağ” restoranının fəaliyyəti ilə də tanış olublar.