Berlində İkinci Dünya müharibəsindən qalmış bomba tapılıb
Berlin, 18 sentyabr, AZƏRTAC
Berlinin mərkəzində - Mitte rayonu ərazisində aparılan tikinti işləri zamanı İkinci Dünya müharibəsindən qalmış bomba aşkarlanıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, bombanın tapıldığı yerin ətrafında 500 metrlik məsafədə müvəqqəti təhlükəsizlik zonası yaradılıb, çoxlu sayda qüvvə cəlb olunub. Hazırda bombanın çıxarılması əməliyyatı davam edir.
Bomba Şpre çayının üzərindəki su qapısının yanında, təxminən üç metr dərinlikdə aşkarlanıb. Partlayıcı maddələr üzrə mütəxəssislərin araşdırmasından sonra təhlükəsizlik zonasının və təxliyə işlərinin əhatə dairəsi müəyyən ediləcək.
Berlin polisi sakinlərin bir qismini artıq evakuasiya edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]