BERLİNDƏ TÜRKİYƏNİN MƏDƏNİYYƏT FESTİVALI BAŞLANMIŞDIR
Berlin Senatının və türk icmasının himayəsi ilə keçirilən festivaldan məqsəd alman və türk xalqlarının mehriban qonşuluğuna, birgəyaşayışına qarşılıqlı inam, etimad və dostluq ab-havası gətirmək, hər iki xalqın mədəniyyət və incəsənətinin qardaşlaşması işinə, konfessiyaları arasında sülh və əməkdaşlıq dialoquna yardımçı olmaqdan ibarətdir.
Doqquz gün davam edəcək mədəniyyət festivalı çərçivəsində Berlinin 20 güşəsində quraşdırılmış konsert səhnələrində və sərgi pavilyonlarında 50-dən artıq mədəni tədbir keçiriləcəkdir.
Sərgi salonlarında türk bədii sənətkarlığının qədim və müasir nümunələri, o cümlədən çağdaş rəssamların yaradıcılığı və əsərləri ilə tanış olacaqlar.
Türk folklor ansambllarının və ifaçı kollektivlərinin, klassik musiqi orkestrlərinin, çağdaş rok-pop musiqisinin ulduzları Tarkan, Sezən Aksu və Sərtab Ərənərin, teatr, kino yaradıcılıq birliklərinin və digər incəsənət ustalarının mədəni proqramları çoxsaylı tamaşaçılara sevinc bəxş edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]