Berlində üç hərbi müxbirin sərgisi açılıb
Berlin, 23 iyun, AZƏRTAC
Almaniyanın paytaxtındakı “Türk Evi”nin böyük zalında üç hərbi müxbirin “Müharibənin sonrakı nəsillərə təsiri” mövzusunda əsərlərinin sərgisi açılıb. Sərginin məqsədi Qarabağ hadisələri ilə bağlı reallıqları, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüzkarın Xocalıda insanlığa qarşı törətdiyi cinayətlər barədə həqiqəti dünyaya, ilk növbədə Almaniya ictimaiyyətinə çatdırmaqdır. Sərgi Milli Məclisin deputatı, Beynəlxalq Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayevin təşəbbüsü ilə təşkil edilib.
Sərginin açılış mərasimində Avropa Azərbaycanlılar Konqresinin sədri Bahəddin Qaya, Azərbaycanın və Türkiyənin Almaniyadakı səfirliklərinin nümayəndələri, tarixçilər, KİV təmsilçiləri, habelə Türkiyə, Suriya, Ukrayna, Makedoniya, Rumıniya, Almaniya və başqa ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-IN xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]