Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının yaradıcılıq gecəsi keçirilib

Bakı, 13 aprel, AZƏRTAC

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, tanınmış şair-publisist Əkbər Qoşalının 50 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil olunmuş tədbirin ssenari müəllifi və aparıcısı, İTV-nin “Ozan məclisi” proqramının aparıcısı Qorxmaz Tofiqoğlu, rejissoru Faiq Nağı, bədii rəhbəri Fərahim Sadiq olub.

Əvvəlcə şəhidlərimizin və qardaş Türkiyədə fevral ayında baş vermiş dəhşətli zəlzələdə həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yaradıcılıq gecəsi qədim ozan-aşıq gələnəyinə və epos təfəkkürünə uyğun olaraq yubilyarın “Divani”si ilə başlayıb. “Divani”ni Tovuz aşıq məktəbinin parlaq yeni nəsil nümayəndələri Elməddin Məmmədli və Şəhriyar Qaraxanlı ifa ediblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya Türk dünyasından gəlmiş mötəbər qonaqları və bütün tədbir iştirakçılarını salamlayaraq yubilyarın yaradıcılığı haqqında ürək sözlərini bölüşüb.

“Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı və bir sıra digər mükafatların laureatı olan Əkbər Qoşalının ədəbi yaradıcılığı və ictimai fəaliyyəti qoşa qanad kimi bir-birini tamamlamaqda, necə deyərlər, tarazlıq yaratmaqdadır. Tarazlıq dedikdə ilk növbədə nəyi nəzərdə tuturam? - Söhbət fiziki parametrlərdən deyil, ideyadan, ideyalı ədəbiyyatdan gedir, əlbəttə. Əlbəttə, ədəbiyyat başda olmaqla, ümumən hər bir yaradıcılıq aktı ideyaya əsaslanmasa, ideyalı olmasa, yaşarlı ola bilməz. Əkbər Qoşalının şeirləri, poemaları, hekayələri ilə, esseləri, məqalələri, müsahibələri ilə tanışlıq onu 90-cılar ədəbi nəsli içində ideyalı ədəbiyyatın ən əsas təmsilçilərindən biri, bir sıra göstəricilərə görə birincisi kimi səciyyələndirməyə əsas verir. Əkbər Qoşalının irihəcmli əsərlərinin - “Dərvişin nağılı”, “Çobanbayatı” poemalarının və “Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda Türk dünyası” məruzələrinin bu baxımdan daha təsirli olduğunu düşünürəm. Təsadüfi deyil ki, adı keçən mövzuda məruzələr Azərbaycan Yazıçılarının son iki Qurultayında məhz ona etibar edilib və o da bu etibarı yüksək səviyyədə doğruldub. Xalq yazıçısı, AYB sədri Anarın Əkbər Qoşalının məruzəsini model məruzə adlandırması, məruzələr haqqında çoxsaylı təqdiredici rəylərin meydana çıxması, habelə ciddi alimlərin elmi əsərlərində həmin məruzəyə istinad olunması da dediklərimizi təsdiq edir. Dəyərli qələm adamını 50 illik yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirəm”,-deyə Qənirə Paşayevaya bildirib.

Komitə sədri yubilyara xatirə hədiyyəsi bağışlayıb.

Yaradıcılıq gecəsində Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Tatarıstan Dövlət Şurasının deputatı, Xalq şairi, Tatarıstan Yazıçılar Birliyinin rəhbəri, Dövlət mükafatı laureatı Rkail Zəydulla, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Qırğız Milli Yazıçılar Birliyinin rəhbəri, Əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekov, “TRT Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murat Toylu, İraq Türkmanlarının tanınmış nümayəndəsi, “Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri, şair-publisist, jurnalist, ictimai xadim Şəmsəddin Kuzəçi, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, Çuvaş Peşəkar Yazıçılar Birliyinin təmsilçisi şair-publisist Marina Karyagina, Qazaxıstandan - ABAY TV-nin prodüseri, şair-tərcüməçi Tanagöz Tolkınqızı, Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru, şair Janargül Kadırova, Qazaxıstan Yazıçılar Birliyinin üzvü, teleaparıcı Janayım Auğanbaykızı, “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı, istedadlı gənc şair Batırxan Sersenxan, habelə Saxa-Yakutiya Dövlət Məclisinin (İl-Tümən) deputatı, Yakutsk şəhərinin Fəxri vətəndaşı, “Saxa-Yakutiya Azərbaycan diasporu” regional ictimai təşkilatının başqanı, tanınmış ictimai-siyasi xadim Əliş Məmmədov, “Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının rəhbəri, ictimai xadim Tərlan Qasımov, “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin rəhbəri Aqil Əliyev, DGTYB başqanı İntiqam Yaşar, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin başqanı Xətai Ələsgər, “Türk Dünyası Ağsaqqalları” İB təmsilçisi, “Turan” akademiyasının akademiki Sabir Tağıyev, 34 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, türkoloq, tanınmış yazar, telejurnalist Aida Eyvazlı Göytürk, tanınmış şair Elşən Əzim, rəssamlar - Minayə Feyzullayeva, Natiq Nəcəfzadə və başqaları çıxış edərək Əkbər Qoşalını təbrik edib, təmsil etdikləri ölkə və qurumların adından onu təltif ediblər, habelə öz əl işlərini təqdim ediblər.

O cümlədən M.Otorbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təbrik məktubunu və təltiflərini, R.Zəydulla Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmətşinin Təşəkkürnaməsini və Dövlət Şurasının nişanını yubilyara təqdim edib.

Gecə bədii proqramla davam edib.

Sonda yubilyar çıxış edərək, ürək sözlərini bölüşüb, təşkilatçılara, çıxışçılara öz təşəkkürülərini bildirib.

Gecənin sonunda rejissor Faiq Nağının quruluşunda minitamaşa nümayiş olunub.

Yubiley gecəsində yubilyarın “Seçilmiş əsərləri”nin I cildi oxuculara təqdim olunub. Naşiri Səbuhi Şahmursoy olan kitabın təqdim yazısı Q.Paşayevaya, “Ön söz”ü Vaqif Yusifliyə aiddir. “Hədəf Nəşrləri”ndə nəfis şəkildə nəşr olunan kitabın redaktorları Şəmil Sadiq, İntiqam Yaşar, illüstrasiyaların müəllifi Xalq rəssamı Arif Hüseynovdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb