Beynəlxalq Muğam Mərkəzində Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin konserti olub
Bakı, 13 noyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin Zəfər Gününə həsr olunmuş “Vətənim” konserti uğurla keçib. Vokal Musiqi Məktəbinin şagirdlərinin ifasında vətənpərvər mahnılar səsləndirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə “MEZZO” uşaq xoru və “MEZZO” qadın kamera orkestri çıxış edib. Tədbirin bədii rəhbəri Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının opera müğənnisi Fidan Hacıyeva idi.
Azərbaycanda ilk “MEZZO” uşaq xoru və “MEZZO” qadın kamera orkestri Fidan Hacıyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılıb.