Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Okampo ilə bağlı videomateriala münasibət bildirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Okampo ilə bağlı videomateriala münasibət bildirib

Bakı, 1 may, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) aprelin 30-da “Minval Politika” tərəfindən yayımlanmış Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo və onun oğlu Tomasın daxil olduğu, rüşvət və kriminal əlaqələr üzərində formalaşmış şəbəkə vasitəsilə regional və qlobal siyasətə mənfi təsirlərini sübuta yetirən videomateriala münasibət bildirib.

Bu barədə AZƏRTAC-a BMTM-dən məlumat verilib.

Qeyd edilib ki, sözügedən videoda Okampo şəbəkəsinin öz əlaqələri vasitəsilə Ermənistandakı seçki proseslərinə müdaxiləsi, eləcə də dolayı yolla Cənubi Qafqazda normallaşma proseslərini pozmağa yönəlmiş məqsədləri ifşa olunur.

BMTM bildirir ki, belə vəziyyətdə Avropa institutlarının reaksiyasının sadəcə sükutla məhdudlaşması qəbuledilməzdir. Etik normalara nəzarət edən müvafiq qurumlar tərəfindən isə belə hallar hərtərəfli və şəffaf şəkildə araşdırılmalıdır.

BMTM-in şərhində deyilir: “Luis Moreno Okampo və onun oğlu Tomasın yer aldığı videoyazıların ifşası artıq narahatlıq doğuran hekayəyə dramatik yeni bir səhifə əlavə edib. Argentinada doğulmuş, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru olan Okampo bir neçə ildir ki, özünü Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı neytral hüquqi ekspert kimi təqdim etməyə çalışırdı. Lakin aprelin 30-da “Minval Politika” tərəfindən yayımlanan görüntülər bu iddianı tamamilə alt-üst edir. Görüntülərdən birində Tomas Okampo açıq şəkildə bildirir ki, onların şəbəkəsinin məqsədi Ermənistanın hazırkı Baş naziri “Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır”. Digər bir videoda isə Luis Okampo özü fəxrlə qeyd edir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrellin keçmiş köməkçilərindən biri artıq onun əməkdaşına çevrilib və Avropa Parlamentində fəaliyyət göstərərək “Avropa siyasətində korrektələr aparmaq”, Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə təzyiq göstərmək və Avropa məhkəmələri vasitəsilə Aİ-nin Azərbaycanla olan enerji müqaviləsinin ləğvinə nail olmaq üçün çalışır. Bunlar qərəzsiz bir ekspertin deyil, ödənişli siyasi operativin fəaliyyətini ifşa edən açıqlamalardır.

Əslində, Okamponun fəaliyyətini izləyənlər üçün bu faktlar heç də təəccüb doğurmur. Onun Ermənistan-Azərbaycan münasibətlərinə müdaxiləsi indiki qalmaqaldan xeyli əvvəl başlamışdı. 2023-cü ilin avqust ayında o, Azərbaycanı ölkəmizin Qarabağ bölgəsində ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edən və “ekspert rəyi” kimi təqdim etdiyi bir sənəd hazırlamışdı. Bu sənəd erməni lobbi qrupları və onlara yaxın media orqanları tərəfindən geniş şəkildə yayılsa da, sonradan həmin sənəddəki ciddi hüquqi və metodoloji qüsurlar üzə çıxarıldı.

Okamponun şəxsi etibarı o, Azərbaycan mövzusuna diqqətini yönəltməzdən xeyli əvvəl də zədələnmişdi. BCM-in baş prokuroru vəzifəsində çalışdığı dövrdə Avropa Araşdırmaçı Jurnalistlər Əməkdaşlığı (European Investigative Collaborations) və Der Spiegel tərəfindən aparılan araşdırmalar onun BCM statutunun tələblərini pozaraq müxtəlif ofşor şirkətləri idarə etdiyini və sonradan silahlı qruplarla əlaqəsi ortaya çıxan liviyalı bir milyarderdən mənbəyi açıqlanmayan ödənişlər aldığını üzə çıxarmışdı. BCM-in hazırkı prokuroru isə ondan xahiş etmişdi ki, əvvəlki vəzifəsi ilə əlaqədar olaraq qurumun fəaliyyətinə xələl gətirə və ya onun nüfuzuna zərər vura biləcək hər hansı ictimai çıxışdan və fəaliyyətdən çəkinsin.

Hazırda yayılmış videoyazıların təsdiqlədiyi əsas məqam isə ondan ibarətdir ki, Okamponun fəaliyyəti yalnız ekspert rəyləri hazırlamaqla məhdudlaşmayıb. Bəzi hesabatlara görə, Samvel Karapetyan da daxil olmaqla Rusiyadakı erməni oliqarxları tərəfindən maliyyə dəstəyi alan şəbəkə sistemli şəkildə Avropa institutlarında lobbiçilik fəaliyyəti aparır, Avropa Parlamentində əlaqələr qurur və ABŞ-dəki erməni diaspor-lobbi təşkilatları ilə koordinasiyalı şəkildə işləyir.

Bu ifşaların zamanlaması da xüsusi əhəmiyyət kəsb edir. Ermənistan parlament seçkilərinə gedir və seçicilər qarşısında duran əsas sual budur: Baş nazir Paşinyanın sülh gündəmini səsvermə yolu ilə təsdiqləmək, yoxsa Azərbaycanla davam edən sülh prosesinə qarşı çıxan qüvvələrin siyasi proqramını seçərək onu rədd etmək.

Tomas Okamponun özünün də təsdiqlədiyi kimi, Okampo şəbəkəsi açıq şəkildə ikinci tərəfin mövqeyini müdafiə edir.

Sızdırılan görüntülər xarici lobbi aparatının Ermənistanın daxili siyasətinə təsir göstərərək ölkənin, eləcə də regionun maraqlarına xidmət etməyən, əksinə davamlı münaqişədən qazanc əldə edənlərin gündəliyini dəstəklədiyini aşkara çıxarır.

Belə vəziyyətdə Avropa institutlarının reaksiyası sükut olmamalıdır. Əgər doğrudan da Borrellin keçmiş köməkçisi Avropa Parlamentinin daxilində fəaliyyət göstərən erməni lobbi şəbəkəsinin bir hissəsinə çevrilibsə, Belçika hakimiyyət orqanları və Aİ-nin etik qaydalara nəzarət edən qurumları bunu araşdırmalıdır. Avropa Parlamentinin Ermənistan-Azərbaycan məsələlərinə dair qəbul etdiyi qətnamələr, xüsusilə aprelin 30-da qəbul edilən son sənəd sülh prosesindən daha çox Rusiyameyilli müxalifətin siyasi ritorikasına uyğun ifadələr ehtiva edirsə, bu da yeni faktlar fonunda ciddi şəkildə nəzərdən keçirilməlidir. Eyni zamanda, Okamponun iddialarını kifayət qədər yoxlamadan tirajlayan beynəlxalq media və hüquqi institutlar da onun qiymətləndirmələrinə verdikləri önəmi yenidən gözdən keçirməlidirlər”, - deyə BMTM diqqətə çatdırıb.

Xatırladaq ki, BMTM tərəfindən 2023-cü ildə Okamponun Azərbaycana qarşı apardığı kampaniya, onun qanunsuz fəaliyyətləri, eləcə də maddi və siyasi maraqlar naminə beynəlxalq konvensiyaları yanlış təfsir etməsi ilə bağlı arqumentlərin yer aldığı və onun “ekspert rəyinin” əsassız və qərəzli xarakterini ortaya qoyan hesabat dərc edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər